Bakıda keçiriləcək WUF13 çərçivəsində Startap Pavilyonu yaradılacaq
Tech-Azərbaycan
11.05.2026
Farid
17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində yeni komponent – Biznes və İnnovasiya Mərkəzi təqdim olunacaq. Mərkəzin məqsədi mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etməkdir.
Technote.az xəbər verir ki, Biznes və İnnovasiya Mərkəzi şəhərsalma prosesinin bütün mərhələlərini əhatə edən praktik həlləri, icra üsullarını və tərəfdaşlıq əlaqələrini ön plana çıxaracaq. Proqram çərçivəsində şəhərsalma üzrə müxtəlif innovativ yanaşmalar nümayiş etdiriləcək.
Mərkəzdə yeni yaradılmış şirkətlər və gənc sahibkarlar üçün xüsusi məkan – Startap Pavilyonu da fəaliyyət göstərəcək. Pavilyonda iştirakçılar öz innovativ layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
Startap Pavilyonunda dünyanın 10 ölkəsindən seçilmiş 14 startap layihəsi iştirak edəcək. Layihələrin əsas məqsədi mənzil təminatı və şəhərsalma sahəsində miqyaslana bilən ideyaları ön plana çıxarmaqdır.
Paylaş
Bənzər xəbərlər