Bakıda “TECHNOVATION” konfransı: Elm və innovasiyalar iqtisadi transformasiyanın mərkəzində
Tech-Azərbaycan
12.06.2026
Bakıda “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda konfrans keçirilib. Tədbir AmCham Azərbaycan tərəfindən təşkil olunub və “Philip Morris International” (PMI) şirkətinin dəstəyi ilə baş tutub.
Technote.az xəbər verir ki, konfransda dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin və ekspert icmasının nümayəndələri iştirak ediblər. Açılış mərasimində AmCham Azərbaycanın prezidenti Dayanat Sadullayev, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov və PMI-nin MDB ölkələri üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim çıxış ediblər.
Tədbirdə elmin, innovasiyaların və müasir texnologiyaların iqtisadi inkişafda rolu müzakirə olunub. Həmçinin qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və rəqəmsal transformasiya məsələlərinə toxunulub.
Konfrans çərçivəsində hökumət və sənaye nümayəndələrinin iştirakı ilə iqtisadi transformasiyaya həsr olunmuş panel sessiyalar keçirilib. Sessiyalarda müxtəlif sahələr üzrə aktual çağırışlar və inkişaf istiqamətləri müzakirə edilib.
Tədbirdə biznes sektorunda innovativ həllərin tətbiqi və korporativ transformasiya sahəsində beynəlxalq təcrübə də diqqət mərkəzində olub. Müzakirələrdə dayanıqlı inkişaf və innovasiyaların iqtisadiyyata təsiri əsas mövzulardan biri kimi önə çıxıb.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...