Logo
    “Baku Flames” 2 yeni peşəkar icmanı təqdim edir!

    “Baku Flames” 2 yeni peşəkar icmanı təqdim edir!

        “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” kreativ və marketinq sənayesinin nümayəndələrini bir araya gətirən beynəlxalq festival və mükafat platformasıdır. “Baku Flames” ən yaxşı yaradıcı və effektiv işləri qiymətləndirməklə yanaşı, peşəkar təcrübə mübadiləsi, yeni əlaqələr və sənayenin inkişafı üçün imkanlar yaradır.
        Məhz bu istiqamətdə “Baku Flames” fəaliyyətini festival günləri ilə məhdudlaşdırmadan 2 yeni peşəkar icmanı təqdim edir: “Flames Creative Society” və “Flames Marketing Society”. Hər 2 icma sənayenin aparıcı mütəxəssislərini eyni masa ətrafında birləşdirərək təcrübə mübadiləsi, açıq və şəffaf müzakirə, peşəkar inkişaf və sektorda real dəyişiklik üçün davamlı platforma rolunu oynayacaq.
        Flames Creative Society
        “Flames Creative Society” Azərbaycanın kreativ sənayesində fəaliyyət göstərən təcrübəli yaradıcı liderləri bir araya gətirən peşəkar icmadır. İcmanın əsas məqsədlərindən biri sektorun ortaq məsələlərinin açıq və peşəkar şəkildə müzakirə olunduğu mühit yaratmaqdır. İcma kreativ sənayedə keyfiyyət və iş standartlarının inkişafı, agentlik və brend münasibətləri, kreativ əməyin dəyəri, müəllif hüquqları, etik yanaşmalar və digər aktual məsələlər üzərində işləyəcək.
        “Flames Creative Society” eyni zamanda yeni nəslin inkişafına xüsusi diqqət ayıracaq. Burada mentorluq, təhsil proqramları, vörkşoplar, portfolio sessiyaları və təcrübə paylaşımı vasitəsilə gənc istedadların sektora daxil olması və peşəkar inkişafı dəstəklənəcək.
        İcmanın digər istiqamətləri arasında yerli işlərin və real keyslərin təhlili, kreativ strategiya və effektivlik, süni intellektin yaradıcı proseslərdə istifadəsi, beynəlxalq festivallar və qlobal təcrübələrlə əlaqələrin gücləndirilməsi də yer alacaq. Məqsəd Azərbaycan kreativ sənayesinin həm yerli bazarda keyfiyyətini artırmaq, həm də beynəlxalq səviyyədə daha rəqabətli olmasına töhfə verməkdir.
        Yaradıcı icmaya müraciətlər əsasən kreativ rəhbərlər, art direktorlar, strateqlər və sektorda ciddi təcrübəyə malik müstəqil fərdlər üçün nəzərdə tutulub. Üzvlük zamanı peşəkar təcrübə, liderlik, reputasiya və icmaya aktiv töhfə vermək istəyi əsas meyarlar arasında nəzərə alınır.
        Flames Marketing Society
        “Flames Marketing Society” isə Azərbaycanın aparıcı marketinq rəhbərlərini bir araya gətirərək bilik, təcrübə və real biznes keyslərinin paylaşılması üçün peşəkar platforma yaradacaq.
        İlk üzvlərin fikirləri marketinq icması üçün bir neçə əsas istiqaməti önə çıxarır: marketinqin biznes nəticələrinə təsirinin gücləndirilməsi, marketinq istedadlarının inkişafı, peşəkar standartların formalaşdırılması və şirkətlər arasında daha güclü dialoqun qurulması.
        “Flames Marketing Society” nəticələrlə yanaşı, həmçinin real problemlərin və effekt göstərməyən yanaşmaların da açıq şəkildə müzakirə olunduğu peşəkar mühit yaratmağı hədəfləyir. Belə ki, ekspert sessiyaları, mütəmadi görüşlər və fərqli sahələrin təcrübəsi vasitəsilə marketinq qərarlarının daha çox data, nəticə və praktikaya əsaslanmasına töhfə vermək planlaşdırılır.
        “Flames Marketing Society” marketinq direktorları, marketinq rəhbərləri və ya ekvivalent qərarverici vəzifələrdə çalışan təcrübəli marketinq liderləri üçün nəzərdə tutulub.
        İcmaların ilk üzvləri
        Hər 2 icma fəaliyyətinə müxtəlif şirkətlər və agentliklərdən olan üzvlərlə başlayır.
     
    Flames Creative Society
    Burak Kayzum
    Baş kreativ direktor, Maverick
    Elşənağa Cəlilov
    Kreativ direktor, Vibe&Wave
    Əliağa Şərəfxanlı
    Kreativ direktor, McCann Baku
    Fərid Rzazadə
    Kreativ direktor, Kristal & A+Co
    İlham Əkbərli
    Kreativ direktor, Ağıllı Nağıllar
    Orxan Yusifov
    Təsisçi və baş direktor, Shamans
    Səbinə Rüstəmli
    Kreativ direktor, Endorphin
    Ronya İsmayılzadə
    Təsisçi, 19MBT
    Sinan Ağayev
    Kreativ studiyanın rəhbəri, Bir ekosistemi
    Tural Namazov
    Kreativ kontent meneceri, Azərlotereya
    Ülviyə Mütəllimova
    Kreativ direktor və baş menecer, FCB Artgroup Baku
    Ürfan Orucov
    Marketinq kommunikasiyaları rəhbəri, Solomed Clinics
    Vassilis Panagiotopoulos
    Baş icraçı direktor və baş kreativ direktor, BBDO Baku
    Flames Marketing Society
    Anton Panasenko
    Marketinq direktoru, Carlsberg Azerbaijan
    Aslan Həsənli
    Marketinq direktoru, Baku Electronics
    Cəmilə Əhmədzadə
    Brend və marketinq rəhbəri, PASHA Travel
    Emil Hüseynov
    Marketinq üzrə baş direktor, McDonald’s Azerbaijan
    Emin Mahmudov
    Ölkə üzrə marketinq direktoru, Visa
    Eminbəy Zeynalov
    Brend və marketinq kommunikasiyaları rəhbəri, İRİA
    Esin Umut
    Marketinq üzrə baş direktor, Sirab & Badamlı
    Əliyar Hüseynov
    Marketinq və kommersiya direktoru, Procter & Gamble
    Günel Mavliyarova
    Marketinq rəhbəri, PASHA Bank
    Kemal Baştürk
    Əməliyyatlar üzrə baş direktor, PASHA Malls
    Ləman Əkbərova
    İstehlakçı və ticarət əlaqələri üzrə menecer, JTI
    Nərmin Mustafayeva
    Françayzinq direktoru və ölkə üzrə baş menecer, The Coca-Cola Company
    Nərminə İsmayılova
    [TITLE TBD], Kontakt
    Nərgiz Sailova
    Marketinq kommunikasiyaları rəhbəri, Azercell
    Nuranə Teymurova
    Marketinq üzrə baş direktor, Azərlotereya
    Ruslan Ələkbərov
    Marketinq və müştəri təcrübəsi üzrə direktor, PASHA Sığorta
    Sona Abbasova
    Korporativ kommunikasiyalar direktoru, Azercell
    Vəfa Səfərli Abdullazadə
    Marketinq direktoru, ABB
        “Flames Creative Society” və “Flames Marketing Society” üçün üzvlük müraciətləri hələ də davam edir. Yeni üzvlərin qəbulu müvafiq kriteriyalara uyğun olaraq qiymətləndiriləcək və üzvlər müntəzəm şəkildə elan ediləcək.
        Beləliklə, “Flames Creative Society” və “Flames Marketing Society” festivaldan kənarda da davam edən peşəkar dialoq, bilik mübadiləsi və əməkdaşlıq üçün yeni bir platforma yaradaraq Azərbaycanın kreativ və marketinq sənayesinin inkişafına davamlı töhfə verməyi hədəfləyir.
        Ətraflı məlumat və müraciət etmək üçün:

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...