Logo
    main-post-cover

    “Biletim.az” portalına gediş-gəliş biletlərinin alınması funksiyası əlavə edilib

        “Biletim.az” portalı və mobil tətbiqinə istifadəçilər üçün gediş-gəliş biletlərinin eyni anda alınması funksiyası əlavə olunub. Artıq vətəndaşlar hər iki istiqamət üzrə elektron bileti bir əməliyyatla əldə edə bilirlər.
        Technote.az xəbər verir ki, indiyədək portal üzərindən yalnız bir istiqamətə bilet almaq mümkün idi. Yeni funksiya istifadəçilərə səfərlərini daha rahat planlaşdırmağa və bilet alışını sürətləndirməyə imkan verir.
        Portalda daha əvvəl də oturacaq yerinin dəyişdirilməsi, seçilmiş reysin çıxış vaxtının başqa reysə dəyişdirilməsi“myGov ID ilə giriş” funksiyaları istifadəyə verilib. Bu yeniliklər qeydiyyat və bilet idarəetmə prosesini sadələşdirib.
        Hazırda “Biletim.az” portalı üzərindən 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə ümumilikdə 370 reys418 nəqliyyat vasitəsi qoşulub.
        Yeni funksionallıq portalın saytında və mobil tətbiqində istifadəçilərin ixtiyarına verilib. Məqsəd bilet alışını daha rahat və çevik etməkdir.
    Paylaş