Logo
    main-post-cover

    “Biletim.az” portalına “mygov ilə giriş” funksiyası əlavə edilib

        “Biletim.az” portalında istifadəçilərin rahatlığı üçün yeni “mygov ilə giriş” funksionallığı istifadəyə verilib. Yenilik qeydiyyat prosesinin sürətləndirilməsi və təkrar qeydiyyat hallarının qarşısının alınması məqsədi daşıyır.
        Technote.az xəbər verir ki, yeni funksionallıq sayəsində istifadəçilər portala birbaşa və sürətli giriş imkanı əldə edirlər. Bunun üçün ilkin qeydiyyat zamanı ad, soyad, doğum tarixi və digər məlumatların ayrıca daxil edilməsinə ehtiyac qalmır.
        Bildirilir ki, yenilik əsasən vaxta qənaət və müştəri məmnuniyyətinin artırılmasına yönəlib. Sistem istifadəçilərin tətbiqə daha rahat daxil olmasını təmin edir.
        Xatırladaq ki, daha əvvəl portalda elektron biletlərlə bağlı da yeni imkanlar yaradılmışdı. İstifadəçilərə oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reyslə əvəz olunması imkanı təqdim edilmişdi.
        Bu yenilik sayəsində sərnişinlər əvvəlcədən aldıqları elektron biletlər üzrə yerdəyişmə və bilet dəyişdirmə əməliyyatlarını həyata keçirə bilirlər. Yeni funksiyalar portal üzərindən xidmətlərin daha çevik istifadəsinə imkan yaradır.
    Paylaş