DOST mərkəzləri “mygov” endirim barkodunun aktivləşdirilməsinə dəstək göstərir
Tech-Azərbaycan
22.06.2026
Farid
Pensiya və sosial ödəniş alan vətəndaşların “mygov” tətbiqində xüsusi endirim barkodundan daha rahat istifadə etmələri üçün DOST mərkəzlərində onlara dəstək göstərilir. Xidmət çərçivəsində vətəndaşlara tətbiqin quraşdırılması və qeydiyyat prosesində kömək edilir.
Technote.az xəbər verir ki, bəzi vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməkdə çətinlik çəkməsi nəzərə alınaraq DOST könüllüləri bu prosesə dəstək verirlər. Onlar həmçinin endirim barkodunun aktivləşdirilməsinə yardım göstərirlər.
Xüsusi endirim barkodu vasitəsilə pensiya, müavinət, kompensasiya və ünvanlı dövlət sosial yardımı alan şəxslər, eləcə də qazilər, müharibə veteranları və şəhid ailə üzvləri müxtəlif güzəştlərdən yararlana bilirlər. Endirimlər ölkə üzrə tərəfdaş marketlərdə, apteklərdə və klinikalarda təqdim olunur.
Layihənin əsas məqsədi sosial ödəniş alan vətəndaşların endirim imkanlarından daha geniş istifadə etməsinə şərait yaratmaqdır. DOST mərkəzlərində göstərilən xidmətlər də məhz bu məqsədə xidmət edir.
Sosial ödəniş alan vətəndaşlar ən yaxın DOST mərkəzinə müraciət edərək qeydiyyatdan keçə və barkodu aktivləşdirə bilərlər. Qeydiyyat üçün mobil telefon və şəxsiyyət vəsiqəsinin təqdim edilməsi kifayətdir.
Paylaş