Dövlət müəssisələri maliyyə hesabatlarını rəqəmsal sistem üzərindən təqdim edir
Tech-Azərbaycan
24.04.2026
Farid
Dövlət müəssisələri ilk rüblük maliyyə hesabatlarını “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edir.
Technote.az xəbər verir ki, məlumatlar sistemin “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemi üzərindən aidiyyəti quruma göndərilir.
Hesabatların təqdim olunması rəqəmsal platforma üzərindən həyata keçirilir. Bu məqsədlə müəssisə nümayəndələri üçün onlayn sessiyalar, canlı təqdimatlar və təlimlər təşkil olunur.
Yeni sistem maliyyə məlumatlarının vahid platformada toplanmasını təmin edir. Bu yanaşma dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılmasına və hesabatlılığın təkmilləşdirilməsinə xidmət edir.
Rəqəmsal monitorinq mexanizmi eyni zamanda risklərin müəyyən edilməsi və qiymətləndirilməsini də asanlaşdırır. Bu, dövlət maliyyəsinin daha səmərəli idarə olunmasına imkan yaradır.
Paylaş