Logo
    main-post-cover

    Dövlət Xidmətlərinin Elektron Reyestri haqqında Əsasnamə təsdiqləndi

        “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib.
        Technote.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
        Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq Dövlət Xidmətlərinin Elektron Reyestrinin (DXER) “Hökumət buludu”nda yerləşdirilməsini, habelə DXER-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.
    Paylaş