Logo
    main-post-cover

    “e-Sosial” tətbiqi “mygov” platformasına tam inteqrasiya olunaraq dayandırılıb

        Mayın 1-dən “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırıb. Xidmətlər tam şəkildə “mygov” platformasına inteqrasiya olunub.
        Technote.az xəbər verir ki, qərar “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində həyata keçirilib.
        Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinə mobil çıxış yalnız “mygov” vasitəsilə mümkün olacaq. Bütün rəqəmsal xidmətlər bir platformada toplanıb.
        İnteqrasiya sosial xidmətlərin vahid rəqəmsal ekosistemdə təqdim olunmasını təmin edir. Bu, “bir pəncərə” prinsipinin tətbiqinə xidmət edir.
        Yeni sistem rəqəmsal resurslardan daha səmərəli istifadəni nəzərdə tutur. Eyni zamanda texnoloji infrastrukturun optimallaşdırılması hədəflənir.
        Qeyd olunub ki, bu yanaşma xidmətlərin daha operativ və effektiv təqdim edilməsinə imkan yaradır. Rəqəmsal idarəetmənin təkmilləşdirilməsi əsas məqsədlərdən biridir.
    Paylaş
    Bənzər xəbərlər