Logo
    main-post-cover

    Ədliyyə Nazirliyinin yeni xidmətləri “mygov” platformasına inteqrasiya olunub

        Rəqəmsal dövlət xidmətlərinin vahid platformada təqdim edilməsi istiqamətində Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov” platformasına inteqrasiya edilib. Bununla vətəndaşlar xidmətlərdən əlavə platformalara keçid etmədən istifadə edə biləcəklər.
        Technote.az xəbər verir ki, platformaya inteqrasiya olunan yeni xidmətlər arasında “Tərcümə xidməti”, “Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi”“Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim olunması” yer alır. Xidmətlər birbaşa “mygov” üzərindən əlçatandır.
        “Tərcümə xidməti” vasitəsilə vətəndaşlar sənədlərin tərcüməsi üçün rəqəmsal qaydada müraciət edə bilirlər. Müraciətlərin statusu və tarixçəsi də “mygov” üzərindən izlənilir.
        “Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi” xidmətində istifadəçilər səfərlə bağlı məlumatları daxil etdikdən sonra video identifikasiya və ödəniş mərhələlərini tamamlayaraq müraciət göndərə bilirlər. Nəticə barədə vətəndaşa bildiriş təqdim olunur.
        Yeni inteqrasiyalarla yanaşı, indiyədək Ədliyyə Nazirliyinin həyat hadisələri əsaslı 5 xidməti və notariat fəaliyyəti ilə bağlı 4 xidməti də “mygov” platformasına inteqrasiya edilib. Beləliklə, platformada nazirliyə aid xidmətlərin sayı daha da artırılıb.
    Paylaş