Logo
    main-post-cover

    "Enterprise Azerbaijan" beynəlxalq mükafata layiq görülüb

        İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən "Enterprise Azerbaijan" portalı Böyük Britaniyanın "Non-Profit Organisation Awards 2026" müsabiqəsində "Best Entrepreneurship & Investment Facilitation Organisation 2026 – Azerbaijan" mükafatını qazanıb.
        Technote.az xəbər verir ki, portalın sahibkarları, startapları və investorları vahid rəqəmsal platformada birləşdirən ekosistem yaratması beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Həmçinin investisiya layihələrinin Azərbaycan, ingilis və rus dillərində təqdim edilməsi və çoxmeyarlı axtarış imkanları da mükafatın verilməsində rol oynayıb.
        Qiymətləndirmə zamanı "Niyə məhz Azərbaycan?" bölməsi və Geo-İqtisadi Xəritə vasitəsilə ölkənin investisiya potensialının interaktiv təqdimatı da ön plana çıxıb. Portalın biznes-planların hazırlanması, mentorluq, inkubasiya və akselerasiya proqramları üzrə xidmətləri də nəzərə alınıb.
        Portalın Amazon, Etsy, eBay, Indiegogo, GoFundMe, Patreon, Crowdfunder, GoGetFunding və Udemy kimi qlobal platformalarla inteqrasiya imkanları da müsbət qiymətləndirilib. Bu həllər sahibkar və startapların beynəlxalq bazarlara çıxışını dəstəkləyir.
        "Enterprise Azerbaijan" portalı Prezidentin 19 sentyabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq yaradılıb. Portal sahibkarlığın inkişafı, innovativ layihələrin maliyyələşdirilməsi və investorlarla layihələr arasında rəqəmsal əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edir.
    Paylaş