Logo
    main-post-cover

    ETX uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı təlimlər keçirib

        7-8 may tarixlərində Elektron Təhlükəsizlik Xidməti (ETX) və Uşaqların Müdafiəsi İdarəsinin birgə əməkdaşlığı ilə təlimlər təşkil olunub. Tədbirlər Bakı və regionlarda fəaliyyət göstərən idarə əməkdaşlarını əhatə edib.
        Technote.az xəbər verir ki, təlimlər zamanı iştirakçılara uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi, kibertəhlükələrdən qorunma yolları və internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat verilib. Həmçinin onlayn risklərin müəyyənləşdirilməsi ilə bağlı maarifləndirici sessiyalar keçirilib.
        Təlimlərin əsas məqsədi Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşlarının bu sahədə bilik və bacarıqlarını artırmaq olub. Eyni zamanda onların məktəblərdə şagirdlər üçün maarifləndirici görüşlər keçirməsinə dəstək göstərilməsi hədəflənib.
        Təşəbbüs “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna və “2023–2027-ci illər üçün informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası”na uyğun şəkildə həyata keçirilib. Layihə uşaqların internetdən təhlükəsiz istifadə imkanlarının genişləndirilməsinə xidmət edir.
        ETX bu təşəbbüslə daha geniş auditoriyaya çatmağı planlaşdırır. Məqsəd məktəblilərin kibertəhlükələr və onlayn risklər barədə məlumatlılığını artırmaq və təhlükəsiz rəqəmsal davranış vərdişlərini formalaşdırmaqdır.
    Paylaş