Logo
    main-post-cover

    İRİA startapların inkişafı üçün yeni proqramlara başlayır

        Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafına yönəlmiş yeni proqramlara start verilir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bununla bağlı açıq tender elan edib.
        Technote.az xəbər verir ki, tender “Startapların inkişafına dəstək məqsədli innovasiya proqramı” layihəsinin icrasını əhatə edir. Layihənin məqsədi innovativ ideyaların təşviqi və startapların inkişafına dəstək göstərməkdir.
        Tender çərçivəsində il ərzində 4 ideaton, 4 startap məktəbi2 inkubasiya proqramının həyata keçirilməsi nəzərdə tutulur. Proqramlar sahibkarlıq mühitinin gücləndirilməsinə yönəlib.
        İştirakçılar innovasiya, sahibkarlıq, məhsul inkişafı, marketinq, maliyyə və investisiya sahələrində bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Həmçinin onlar GitHub kimi açıq mənbə platformalarının imkanlarından yararlana biləcəklər.
        Qeyd edək ki, bu tender İRİA-nın yenidən təşkilatlanmasından sonra elan edilən ən böyük və ən əhatəli tender hesab olunur. Layihə ölkədə startap ekosisteminin inkişafına dəstək verməyi hədəfləyir.
    Paylaş