Kapital Bank 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
Tech-Azərbaycan
15.07.2026
Sevinj
Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 30 iyun 2026-cı il tarixinə 13,3 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 6 milyard manatdır.
30 iyun 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 10 milyard manat təşkil edib. Bankın 30 iyun 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 44% arataraq 222 milyon manata çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Paylaş