KOBİA-da 10 layihəyə startap şəhadətnaməsi tövsiyə olunub
Tech-Azərbaycan
27.04.2026
Farid
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Technote.az xəbər verir ki, iclas çərçivəsində müraciətlərə baxış həyata keçirilib.
İclasda Startap şəhadətnaməsi almaq üçün müraciət edən 14 sahibkarlıq subyektinin sənədləri nəzərdən keçirilib. İddiaçıların nümayəndələri layihələri barədə qısa təqdimatlar ediblər.
Qiymətləndirmə nəticəsində 10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub. Şəhadətnamələrin Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən təqdim ediləcəyi bildirilib.
Məlumata görə, indiyədək 282 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib. Bu startaplarla Startup Azərbaycan portalı üzərindən tanış olmaq mümkündür.
Qanunvericiliyə əsasən, şəhadətnamə alan sahibkarlar innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə vergidən azad olunur. Bu güzəşt mənfəət və gəlir vergisini əhatə edir.
Paylaş