Logo
    main-post-cover

    “mygov” platformasına yeni təhsil xidmətləri əlavə edilib

        “mygov” rəqəmsal hökumət platformasında Elm və Təhsil Nazirliyinə aid yeni xidmətlər istifadəyə verilib. Platformaya inteqrasiya olunan xidmətlərin illik istifadə sayı ümumilikdə 320 mini ötür.
        Technote.az xəbər verir ki, yeni xidmətlər arasında ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı da var. Bu xidmət üzrə illik istifadəçi sayının 60 min nəfərə qədər olacağı gözlənilir.
        Platformaya magistratura və rezidentura səviyyələri üzrə qeydiyyat xidmətləri də əlavə edilib. Magistratura üzrə illik istifadəçi sayı 14 min nəfərə, rezidentura üzrə isə 600 nəfərə qədər olacaq.
        Yeni xidmətlər sırasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı və məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu da yer alır. Bu xidmətlər üzrə illik istifadəçi sayının müvafiq olaraq 24 min225 min nəfərə qədər olması gözlənilir.
        Qeyd olunub ki, xidmətlər növbəti tədris ili üçün qəbul və qeydiyyat proseslərində istifadə ediləcək. Vətəndaşlar xidmətlərə my.gov.az portalının “Xidmətlər” bölməsindən keçid edə bilərlər.
    Paylaş