Logo
    main-post-cover

    “mygov” platformasında vətəndaş iştirakı əsasında yeni yanaşma tətbiq olunur

        İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “mygov” platformasının inkişafında yeni yanaşmaya start verib.
        Technote.az xəbər verir ki, bu yanaşma vətəndaşların xidmətlərin dizaynında iştirakını nəzərdə tutur.
        Təşəbbüs 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf fəaliyyət planına uyğun həyata keçirilir. Məqsəd xidmətlərin istifadəçi ehtiyaclarına əsaslanaraq təkmilləşdirilməsidir.
        Yeni model çərçivəsində vətəndaş rəyləri xidmətlərin ilkin mərhələdən formalaşdırılmasına inteqrasiya olunur. Bu proses həm aktiv istifadəçiləri, həm də məhdud istifadə edən qrupları əhatə edir.
        İlk görüş 30 aprel 2026-cı ildə keçirilib. Görüşdə “mygov” platformasında etibarnamə xidmətlərindən istifadə etmiş vətəndaşlar iştirak ediblər.
        Müzakirələr zamanı istifadəçi təcrübəsi və interfeys sadəliyi ilə bağlı rəylər toplanıb. Bu rəylər əsasında xidmətlərin optimallaşdırılması və istifadənin sadələşdirilməsi üzrə qərarlar formalaşdırılıb.
    Paylaş
    Bənzər xəbərlər