Logo
    main-post-cover

    MyGov-un istifadəçi sayı 2 milyona çatıb

        Azərbaycanda MyGov platformasının istifadəçi bazası son bir ildə təxminən 3 dəfə artaraq 2 milyona çatıb. Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov məlumat verib.
        Technote.az xəbər verir ki, Fərid Osmanovun sözlərinə görə, MyGov hazırda ölkədə ən sürətlə inkişaf edən mobil tətbiqlərdən biridir. Platformanın istifadəçi sayı son bir ildə əhəmiyyətli artım nümayiş etdirib.
        O bildirib ki, son bir ildə MyGov üzərindən təqdim olunan xidmətlərin sayı 11 dəfə artıb. Bu, platformanın funksionallığının genişləndirilməsi ilə əlaqədardır.
        Eyni dövrdə istifadəçilərə təqdim olunan məlumatların həcmi 2 dəfə yüksəlib. Platforma üzərindən vətəndaşlara daha çox rəqəmsal məlumat və xidmət təqdim olunmağa başlanıb.
        Fərid Osmanov qeyd edib ki, qarşıdakı dövrdə də MyGov-un imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək. Həmçinin vətəndaşlara təqdim olunan rəqəmsal xidmətlərin sayının artırılması nəzərdə tutulur.
    Paylaş