“Openwave” hakatonuna start verilir - qaliblər 10 min manat qazanacaq
Tech-Azərbaycan
12.05.2026
Farid
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Openwave” Açıq İnnovasiya Proqramı çərçivəsində keçiriləcək hakatonlar seriyasının ilk mərhələsinə start verir. Layihə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti ilə tərəfdaşlıq əsasında həyata keçiriləcək.
Technote.az xəbər verir ki, “Openwave” hakatonunun rəsmi təşkilatçıları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Tedspace şirkətidir. Layihənin məqsədi dövlət idarəçiliyində açıq innovasiya modelinin tətbiqini genişləndirməkdir.
48 saat davam edəcək hakatonda ekspertlər, proqramçılar, dizaynerlər və tərtibatçılardan ibarət komandalar iştirak edəcək. Seçim mərhələsindən sonra 15-20 komanda və ümumilikdə 60-90 iştirakçı yarışacaq.
Yekunda ilk 3 komanda müəyyən ediləcək və qaliblərə ümumi 10 min manat mükafat fondu təqdim olunacaq. Birinci yer üçün 5000 manat, ikinci yer üçün 3000 manat, üçüncü yer üçün isə 2000 manat nəzərdə tutulub.
Hakaton çərçivəsində Nərimanov rayonu üzrə idarəetmənin optimallaşdırılması üçün rəqəmsal həllərin hazırlanması planlaşdırılır. Təqdim ediləcək həllərdə foto və geolokasiya əsaslı idarəetmə, analitik panellər, status izləmə və avtomatlaşdırılmış xəbərdarlıq funksiyalarının yer alması tələb olunur.
Paylaş
Bənzər xəbərlər