Logo
    main-post-cover

    “Paride” Bakıda ağıllı parkinq idarəetməsində yeni dövr açır!

        Parkinq problemi həm sürücülər, həm də əmlak sahibləri üçün aktual məsələlərdən biri olaraq qalır. Bu problemin həlli istiqamətində Azərbaycanda yeni texnoloji təşəbbüs olan “Paride” platforması fəaliyyətə başlayıb.
        2026-cı ildə Bakıda yaradılan “Paride” şəhərdə istifadəsiz qalan park sahələrini rəqəmsal platforma vasitəsilə aktiv istifadəyə təqdim edərək parkinq idarəetməsini daha sürətli, şəffaf və avtomatlaşdırılmış formada təşkil etməyi hədəfləyir.
        Platforma mülkiyyətçilərlə sürücüləri bir araya gətirərək boş qalan park yerlərinin səmərəli istifadəsini təmin edir. Bununla yanaşı, sürücülərin parkinq axtarışına sərf etdiyi vaxtı azaltmağa və şəhər daxilində hərəkətin daha rahat təşkil olunmasına töhfə verir.

    Paride ideyası necə yarandı?

        Paride-nin qurucusu Aqil Ömərli layihənin yaranma tarixinin 2019-cu ilə təsadüf etdiyini bildirir.
        2019-cu ildə ağıllı şəhər texnologiyaları, süni intellekt və nəqliyyatın rəqəmsallaşdırılması istiqamətində apardığımız araşdırmalar zamanı bir problem diqqətimizi çəkdi: insanların park yeri axtarmağa sərf etdiyi vaxt, enerji və resurslar. Bu problemin həlli üzərində düşünərkən sadə bir sual ortaya çıxdı: "Niyə insanlar park yeri tapmaq üçün əlavə vaxt və yanacaq sərf etməlidir?" Məhz bu sualdan Paride ideyası yarandı. Qurucu Aqil Ömərli ideyanın başlanğıcını belə xatırlayır: "Biz sadəcə bir tətbiq yaratmaq istəmirdik. Şəhər infrastrukturu, sürücülər və obyekt sahibləri arasında rəqəmsal körpü qurmaq istəyirdik — parklanmanı şəffaf, rahat və idarəolunan etmək."
        2019-cu ildə bir ideya kimi başlayan bu yol, bu gün gələcəyin ağıllı şəhər ekosisteminin formalaşdırılmasına doğru irəliləyir.

    Paride hansı problemi həll edir?

        Parkinq problemi yalnız park yerinin azlığı deyil — əsasən mövcud yerlərin səmərəsiz idarə olunmasıdır. Bu gün bir çox obyektdə parkinq hələ də köhnə üsullarla — kassirlər, nağd ödəniş, pultlar və növbələrlə idarə olunur. Bu, həm sürücülər üçün vaxt itkisi, həm də mülkiyyətçilər üçün əlavə xərc deməkdir.
        Digər tərəfdən, şəhərdə minlərlə park yeri lazımi səviyyədə istifadə olunmur.
        "Hər boş park yeri əslində bir gəlir mənbəyidir — biz sadəcə onu rəqəmsallaşdırırıq," deyə Aqil Ömərli bildirir.
        Paride bu iki problemi eyni anda həll edir: bir tərəfdən mövcud parkinqləri tam avtomatlaşdırır, digər tərəfdən boş qalan yerləri aktiv istifadəyə cəlb edir. Avtomobil nömrəsini tanıyan kameralar və mobil tətbiq vasitəsilə bütün proses — giriş, çıxış, ödəniş — avtomatik baş verir. Nəticədə parkinq problemdən gəlir mənbəyinə çevrilir.
        “Paride”nin əsas fəaliyyət istiqamətlərindən biri mülkiyyətçilərə əlavə gəlir imkanı yaratmaqdır. Platformaya qoşulan əmlak və parkinq sahibləri boş qalan park yerlərini istifadəçilərə təqdim etməklə əlavə qazanc əldə edə bilirlər. Ödənişlərin qəbulu, istifadəçilərin idarə olunması, giriş-çıxış prosesləri və digər əməliyyatlar sistem tərəfindən avtomatik şəkildə həyata keçirilir. Bu isə əlavə personal və ya mürəkkəb nəzarət mexanizmlərinə olan ehtiyacı minimuma endirir.

    İstifadəçilər platformadan necə faydalanırlar?

        Paride iki tərəfə də dəyər verir.
        Sürücülər üçün parkinq axtarışına sərf olunan vaxt və stress aradan qalxır. Tətbiq yaxınlıqdakı boş yerləri real vaxtda göstərir, avtomobil nömrəsi tanındığı üçün giriş avtomatik baş verir, ödəniş isə telefon üzərindən bir toxunuşla tamamlanır. Nağd pul, kassir və ya növbə yoxdur. Mülkiyyətçilər üçün — bina, otel, biznes mərkəzi və yaşayış kompleksi sahibləri — parkinq tam avtomatlaşır. Ödənişlərin qəbulu, istifadəçilərin idarəsi və giriş-çıxış nəzarəti sistem tərəfindən aparılır. Bu, əlavə personal xərcini minimuma endirir və boş park yerlərini əlavə qazanca çevirir.
        "Bizim üçün ən vacib prinsip şəffaflıqdır," deyə qurucu vurğulayır. "Mülkiyyətçi real vaxtda hər giriş-çıxışı, hər ödənişi öz ekranında görür. Sürücü isə nə qədər ödədiyini dəqiq bilir. Burada gizli heç nə yoxdur." Sürücülər üçün isə platforma yaxınlıqdakı boş park yerlərini real vaxt rejimində tapmaq imkanı yaradır. Dövlət nömrə nişanının tanınması texnologiyası sayəsində giriş prosesi avtomatik həyata keçirilir, ödənişlər isə tətbiq üzərindən rahat şəkildə tamamlanır. Beləliklə, istifadəçilər şəhərdə parkinq axtarmağa sərf olunan vaxt və stressdən xilas olurlar.
        Şirkət fəaliyyətini dörd əsas prinsip üzərində qurduğunu bildirir. Bunlar ağıllı idarəetmə, şəffaf sistem, şəhər rahatlığı və park sahələrinin daha effektiv istifadəsidir. Platforma bütün əməliyyatların izlənilə bilən və açıq şəkildə təqdim olunmasını təmin etməklə istifadəçilərin etibarını artırmağı qarşısına məqsəd qoyur.
        “Paride”nin hədəf auditoriyasına bina və biznes sahibləri, yaşayış kompleksləri və “property management” şirkətləri, ticarət mərkəzləri, otellər, fərdi parkinq sahibləri, eləcə də gündəlik parkinq problemi ilə üzləşən sürücülər daxildir.

    Yaxın gələcəkdə Paride üçün hansı yeniliklər planlaşdırılır?

        Hazırda əsas diqqət Bakıda şəbəkəni genişləndirməkdədir — daha çox otel, rezidensiya, biznes və ticarət mərkəzini platformaya qoşmaq. Bununla yanaşı, bir neçə istiqamətdə inkişaf davam edir: yaşayış kompleksi sakinləri üçün avtomatik giriş sistemi, elektromobil şarj məntəqələrinin inteqrasiyası və mülkiyyətçilər üçün daha detallı analitik hesabatlar.
        "Uzunmüddətli hədəfimiz aydındır," deyə Aqil Ömərli sözünə yekun vurur. "Azərbaycanda parkinq idarəetməsini tam rəqəmsallaşdırmaq və hər boş park yerinin iqtisadi dəyərə çevrildiyi bir ağıllı şəhər ekosistemi qurmaq. Paride — sadəcə parking deyil, şəhərlərin gələcəyinə atılan bir addımdır."
        Şirkətin vizyonu Azərbaycanda parkinq idarəetməsini tam rəqəmsallaşdırmaq, şəhər həyatını daha rahat və effektiv etməkdir. Platforma gələcəkdə hər boş park yerinin iqtisadi dəyərə çevrildiyi və sürücülərin parkinq tapmaq üçün əlavə vaxt itirmədiyi ekosistemin formalaşdırılmasını qarşısına məqsəd kimi qoyur.
     
    Paylaş
    Bənzər xəbərlər