Logo
    main-post-cover

    Qarabağ Universitetinin yeni rəsmi saytı istifadəyə verilib

        Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib. “qu.edu.az” platforması müasir texnoloji tələblər və istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanıb.
        Technote.az xəbər verir ki, yeni sayt dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi “Drupal” platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Platforma yenilənmiş dizaynı və təkmilləşdirilmiş funksionallığı ilə seçilir.
        Saytda universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti və beynəlxalq əməkdaşlıqları barədə məlumatlar yerləşdirilib. Eyni zamanda son xəbərlər və elanlara da platforma üzərindən çıxış mümkündür.
        Yeni platforma tələbələr, abituriyentlər, akademik və inzibati heyət üçün məlumatlara daha sürətli və sistemli çıxış imkanı yaradır. Saytın hazırlanmasında əsas məqsəd informasiya əlçatanlığını və rəqəmsal kommunikasiya imkanlarını artırmaq olub.
        Platforma vasitəsilə universitetin fəaliyyəti, layihələri və nailiyyətləri daha geniş auditoriyaya çatdırılacaq. Yeni saytın ictimaiyyətlə əlaqələrin gücləndirilməsi və universitetin müasir rəqəmsal mühitə inteqrasiyası baxımından mühüm rol oynayacağı bildirilir.
    Paylaş
    Bənzər xəbərlər