Logo
    “Sadəcə yaradıcılığına fokuslan”: onlayn əl işi satış platforması Handbir.az 20 noyabrda açılır

    “Sadəcə yaradıcılığına fokuslan”: onlayn əl işi satış platforması Handbir.az 20 noyabrda açılır

        Yalnız əl işlərinin satıldığı Handbir.az platforması 20 noyabr 2026-cı ildə rəsmi olaraq fəaliyyətə başlayır. Platformada evdə və kiçik emalatxanalarda çalışan yerli sahibkarların hazırladığı məhsullar bir ünvanda toplanır. Handbir-in şüarı onun əsas məqsədini ifadə edir: “Sadəcə yaradıcılığına fokuslan.” Platformanın məqsədi budur ki, sahibkarlar satış, ödəniş və çatdırılma ilə vaxt itirməsin, bütün vaxtlarını yaratmağa ayırsınlar.
        Satıcılar üçün: siz yaradın, qalanını Handbir həll edir.
        Sosial şəbəkələrdə satış edən sahibkarın vaxtının böyük hissəsi mesajlara cavab verməyə, kuryer axtarmağa və ödəniş gözləməyə gedir. Handbir bu işləri öz üzərinə götürür:
    * Qeydiyyat pulsuzdur və aylıq abunə haqqı yoxdur.
    * Alıcı ödənişi sifariş zamanı edir. Belə ki, hazırlanan məhsul satıcının əlində qalmır.
    * Çatdırılmanı Handbir təşkil edir.
    * Satışdan sonra məbləğ satıcının balansında görünür. Ödənişlər hər ay rəsmi şəkildə bank hesabına köçürülür.
        Sahibkarların böyüməsinə dəstək
        Handbir sadəcə satış kanalı deyil. Platforma əl işi sahibkarlarının bizneslərinin görünürlüyünü artırmağa və böyüməsinə dəstək olur. Hədəfimiz odur ki, hər bir sahibkar daha çox alıcıya çatsın və satışlarını artırsın.
        Alıcılar üçün: təkrarsız məhsul, sadə sifariş
        Handbir-də hər məhsul əl ilə hazırlanıb və eynisi başqasında olmayacaq. Məhsulun qiyməti, təsviri və şəkilləri saytda göstərilir, ona görə qiyməti soruşub cavab gözləməyə ehtiyac yoxdur. Alıcı bəyəndiyi məhsulu seçir və ödənişi rəsmi bank vasitəsilə sayt üzərindən edir. Sonra çatdırılma üsulunu seçir və sifariş birbaşa ünvanına göndərilir.
        Platformada xüsusi hədiyyə kolleksiyaları da aktiv ediləcək. Şirkətlər üçün korporativ toplu sifariş imkanı da olacaq.
        Satıcıların 90%-dən çoxu qadınlardır
        Hazırda platformada qeydiyyatdan keçmiş satıcıların 90%-dən çoxunu qadınlar təşkil edir. Handbir evdə çalışan xanımlara öz məhsullarını geniş auditoriyaya çıxarmaq imkanı verir. Onlar burada kiçik brendlərini qura və gəlir əldə edə bilərlər.
        “Əl işi hazırlayan insanın ən dəyərli vaxtı yaratdığı vaxtdır. Handbir-i məhz buna görə yaratdıq: istəyirik ki, sahibkarlarımız bu vaxtı sevdiyi işə sərf etsin, satış, ödəniş və çatdırılma ilə vaxt itirməsin. Sahibkarlarımıza deyirik: sadəcə yaradıcılığınıza fokuslanın. Alıcılar üçün də Handbir sadə seçimdir. Sevdiklərinizə təkrarsız hədiyyə alırsınız və eyni zamanda yerli sahibkarın biznesinə dəstək olursunuz.”
        — Handbir-in təsisçisi
        Necə qeydiyyatdan keçmək olar
        Satış etmək istəyən sahibkarlar handbir.az saytına daxil olub “Satmağa başla” düyməsinə klik etməklə qeydiyyata başlaya bilərlər. Alıcılar isə 20 noyabrdan etibarən handbir.az-da sifariş verə bilərlər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...