Logo
    main-post-cover

    Şirkətlərarası kommunikasiya genişlənir: yeni üzvlük nəyi dəyişir?

        “Aztelekom” MMC Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv olub.
        Technote.az xəbər verir ki, bu addım biznes əlaqələrinin genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından qiymətləndirilir.
        Telekommunikasiya sahəsində uzunillik təcrübəyə və ölkə üzrə geniş şəbəkə əhatəsinə malik olan şirkət fərdi və korporativ müştərilər üçün müxtəlif rəqəmsal həllər təqdim edir. ATİB üzvlüyü isə müxtəlif sahələr üzrə fəaliyyət göstərən biznes tərəfdaşları ilə daha yaxından əməkdaşlıq imkanı yaradır.
        Bu əməkdaşlıq çərçivəsində korporativ satış imkanlarının genişlənməsi, yeni layihələrin formalaşması və biznes əlaqələrinin güclənməsi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər