Logo
    main-post-cover

    “Sosial Tərəfdaş” endirim barkodları artıq “mygov”da təqdim olunur

        Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı “Sosial Tərəfdaş” layihəsi çərçivəsində həssas əhali qruplarına xüsusi endirim imkanları təqdim edilir. Layihə marketlər, apteklər və klinikalarda endirimlərdən yararlanmağa imkan yaradır.
        Technote.az xəbər verir ki, “Sosial Tərəfdaş” layihəsinin endirim barkodları artıq “mygov” mobil tətbiqinə inteqrasiya olunub. Vətəndaşlar “e-Sosial” xidmətlərindən bundan sonra “mygov” üzərindən istifadə edə biləcəklər.
        Layihə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya alan şəxsləri əhatə edir. Şəhid ailələri, qazilər, müharibə veteranları, kompensasiya və ünvanlı sosial yardım alan şəxslər də endirim imkanlarından yararlana bilirlər.
        Endirimdən istifadə etmək üçün vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməsi tələb olunur. Ödəniş zamanı tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu kassada təqdim etmək kifayətdir.
        Qeyd edək ki, seçilmiş müəssisələrin siyahısı socialterefdash.az saytında yerləşdirilib. “mygov” hazırda dövlət xidmətlərini vahid platformada birləşdirən sistem kimi fəaliyyət göstərir.
    Paylaş
    Bənzər xəbərlər