Şuşa KOB evində sahibkarlara 560-a yaxın xidmət göstərilib
Tech-Azərbaycan
12.06.2026
Farid
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən “Şuşa KOB evi”ndə 2026-cı ilin yanvar-may aylarında sahibkarlara 560-a yaxın xidmət təqdim olunub. Müraciətlər əsasən biznes fəaliyyətinin təşkili, kommunal şəbəkələrə qoşulma və vergi məsələləri ilə bağlı olub.
Technote.az xəbər verir ki, hesabat dövründə ən çox müraciət edilən qurum “Azərişıq” ASC olub. Bu qurum tərəfindən göstərilən xidmətlərin sayı 219 və ya ümumi müraciətlərin 39,18%-ni təşkil edib.
İkinci yerdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qərarlaşıb. Qurumun xidmətlərinə 161 müraciət qeydə alınıb ki, bu da ümumi göstəricinin 28,80%-nə bərabərdir.
“Azəriqaz” İB-yə 122 müraciət (21,82%), Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə isə 50 müraciət (8,94%) daxil olub. Bu qurumlar kommunal xidmətlərlə bağlı ən çox tələb olunan xidmətləri təqdim ediblər.
Qeyd edək ki, “Şuşa KOB evi” 2025-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Burada sahibkarlara 8 dövlət qurumu və özəl təşkilat tərəfindən 90-dan çox xidmət göstərilir.
Paylaş
Bənzər xəbərlər