Logo
    main-post-cover

    Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt üzrə kurslar təşkil olunacaq

        Səhiyyə Nazirliyi növbəti tədris ilindən etibarən “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kursların təşkilini planlaşdırır. Bu barədə səhiyyə naziri Teymur Musayev məlumat verib.
        Technote.az xəbər verir ki, kurslar il boyu davam edəcək və bütün tibb ixtisası daşıyıcılarını əhatə edəcək. Layihə tibb sahəsində rəqəmsal bacarıqların artırılmasına yönəlib.
        Nazirin sözlərinə görə, rəqəmsal savadlılıq və müasir texnologiyalara uyğunlaşma tibb təhsilinin ayrılmaz hissəsinə çevrilir. Bu istiqamətdə kadr hazırlığı xüsusi diqqət mərkəzində saxlanılır.
        Teymur Musayev bildirib ki, aidiyyəti sahədə mütəxəssis hazırlığı Prezident İlham Əliyevin göstərişləri əsasında davam etdirilir. Məqsəd səhiyyə sisteminin rəqəmsal transformasiyasını sürətləndirməkdir.
        Nazir vurğulayıb ki, rəqəmsal transformasiya yalnız səhiyyənin modernləşdirilməsinə xidmət etmir. Bu proses həmçinin milli təhlükəsizliyə və cəmiyyətin dayanıqlığının gücləndirilməsinə töhfə verir.
    Paylaş