TikTok-un Azərbaycanda rəqəmsal inkişaf layihələrində iştirakı müzakirə olunub
Tech-Azərbaycan
09.06.2026
Farid
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “TikTok” platformasının nümayəndələri ilə görüş keçirib. Görüşdə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Technote.az xəbər verir ki, tərəflər “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində “TikTok”un potensial iştirakını nəzərdən keçiriblər. Bu istiqamətdə mümkün əməkdaşlıq formatları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə rəqəmsal savadlılığın artırılması və təhsil sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Həmçinin yerli rəqəmsal startapların təşviqi imkanlarına da toxunulub.
Tərəflər uşaqların sosial media platformalarına çıxışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər barədə fikir mübadiləsi aparıblar. Müzakirələrdə təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması məsələsi də yer alıb.
Görüş zamanı innovasiya ekosisteminin dəstəklənməsi və bu sahədə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər gələcək əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.
Paylaş