Logo
    main-post-cover

    Xankəndidə “SocGov2026” beynəlxalq konfransı keçiriləcək

        Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
        Technote.az xəbər verir ki, konfrans sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd qlobal təcrübə mübadiləsini və innovativ texnoloji həllərin tətbiqini təşviq etməkdir.
        Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə mövzuları müzakirə olunacaq. Konfransa müxtəlif ölkələrdən ekspertlərin, tədqiqatçıların və beynəlxalq təşkilat nümayəndələrinin qatılması gözlənilir.
        Konfrans çərçivəsində 4 nominasiya üzrə müsabiqə keçiriləcək. Bunlar “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə” və “Regional sosial təşəbbüs” nominasiyalarıdır.
        Tədbirdə həmçinin 3 fərdi nominasiya üzrə mükafatlar təqdim olunacaq. Müsabiqə qalibləri və mükafat sahibləri konfrans zamanı elan edilərək təltif ediləcəklər.
    Paylaş
    Bənzər xəbərlər