main-post-cover

    Sam Altman-ın OpenAI şirkətinə qayıdışı müzakirə edilir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    20.11.2023
    Farid Pardashunas
         Keçən həftənin sonunda OpenAI şirkəti heç gözlənilmədən şirkətin CEO-u Sam Altman-ı vəzifəsindən azad etdi. Altman-ın gözlənilmədən vəzifəsindən azad edilməsi şirkət üçün elə destruktiv nəticələrə səbəb oldu ki, direktorlar şurası onu geri qaytarmağı müzakirə edirlər. Bloomberg saytının verdiyi məlumata əsasən Altman-ın öz vəzifəsindən azad edilməsinin əsas səbəbi onun şirkət rəhbərliyi ilə konflikti olub. Məlumatda qeyd edilib ki, Altman şirkətin inkişaf strategiyası məsələsində rəhbərlik ilə fərqli düşüncələrə sahib olub. Bununla yanaşı Bloomberg bildirib ki, Altman-ın şirkətin adından potensial investorlarla danışıqlar aparması da direktorlar şurasının xoşuna gəlməyib.
         Altman-ın istefasına səbəb olmuş digər bir faktor isə onun OpenAI şirkətinin elmi rəhbəri Ilya Sutskever ilə konflikti olub. Qeyd etmək lazımdır ki, Ilya Sutskever də şirkətin həmtəsisçilərindən biridir və o, direktorlar şurasına daxildir. Məlumata əsasən Altman-ın istefasından 1 ay öncə Sutskever-in səlahiyyətləri məhdudlaşdırılmışdı. Bu isə öz növbəsində onun təkcə Altman-la deyil, həmçinin direktorlar şurası sədri Greg Brockman ilə də yaranmış konfliktin katalizatoru olub. Altman-ın istefasını hazırlayan zaman Sutskever direktorlar şurasının bəzi nümayəndələrini özünə tərəf çəkə bilib.
       OpenAI şirkətinin əsas investoru rolunda çıxış edən Microsoft şirkəti Altman-ın istefası barəsində məlumatı istefanın elan olunmasından bir neçə dəqiqə əvvəl əldə edib. Məlumata əsasən Microsoft-un CEO-su Satya Nadella öz növbəsində Altman ilə əlaqə saxlayıb və ona gələcək planları ilə bağlı bütün dəstəyini təqdim edəcəyini açıqlayıb. İctimai şəkildə isə Microsoft OpenAI ilə uzunmüddətli əməkdaşlığını davam etdirəcəyini açıqlayıb. The Verge saytının verdiyi məlumata əsasən şirkətin direktorlar şurası Altman-ın geri qaytarılmasını nəzərdən keçirir. Altman buna etiraz etməsə də, rəhbərlik ilə bağlı ziddiyyətləri aradan qaldırmaq istəyir.
         Nəticədə investorların təzyiqləri altında OpenAI şirkətinin direktorlar şurasının tərkibi tamamilə dəyişə bilər. Əgər Altman-ı şirkətə geri qaytarmaq mümkün olmasa, şirkətin parçalanması riski var. Belə ki, şirkət əməkdaşlarının bir hissəsi Altman-a tamamilə yeni startapda qoşula bilər. Aydın məsələdir ki, OpenAI investorları bu cür variantda maraqlı deyillər. Buna görə də onlar mövcud konfliktin aradan qaldırılmasına çalışırlar. The Verge saytının vermiş olduğu məlumatda qeyd edilib ki, direktorlar şurası hətta şirkətdən ayrılmağa və Altman ilə Brockman-ın geri qaytarılmasına razıdır. Onu da qeyd etmək lazımdır ki, OpenAI işçiləri artıq öz istəkləri ilə şirkətdən ayrılmağa başlayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman OpenAI şirkətinin CEO vəzifəsindən azad edilib
    sam-altman-openai-sirketinin-ceo-vezifesinden-azad-edilib
    ChatGPT Plus-a yeni istifadəçilərin qeydiyyatı müəyyən müddətlik dayandırılıb
    chatgpt-plus-a-yeni-istifadecilerin-qeydiyyati-mueyyen-muddetlik-dayandirilib
    OpenAI şirkəti GPT-5-in hazırlanmasına start verib
    openai-sirketi-gpt-5-in-hazirlanmasina-start-verib
    ChatGPT-nin həftəlik istifadəçi kütləsi 100 milyonu keçib
    chatgpt-nin-heftelik-istifadeci-kutlesi-100-milyonu-kecib
    OpenAI çat-botların yaradılması üçün GPTs adlı konstruktoru təqdim edib
    openai-cat-botlarin-yaradilmasi-ucun-gpts-adli-konstruktoru-teqdim-edib