
1 milyondan çox insanın şəxsi məlumatları oğurlandı
Elm & Texnologiya
23.07.2018
Bot
Sinqapurda kibercinayətkarlar 1,5 milyon insanın şəxsi məlumatlarını oğurlamağa nail olublar.
Technote.az bildirir ki, hakerlər ölkənin ən böyük tibbi müəssisəsi olan “SingHealth”in kompüterlərinə hücum ediblər.
Kibercinayətkarlar 1,5 milyon insan, həmçinin bir neçə yüksək vəzifəli məmurun şəxsi məlumatlarını oğurlayıblar.
Məlumata görə, hücum zamanı hakerlər ölkənin baş naziri Li Syan Luna və bir neçə hökumət üzvü daxil olmaqla 160 min insanın ambulator reseptini ələ keçiriblər.
Sinqapur hökumət nümayəndələrinin sözlərinə görə, parlament rəhbərinin şəxsi məlumatlarını oğurlamaq kibercinayətkarların əsas məqsədi olub.
Kibercinayətkarlar “SingHealth” şirkətinin tibbi müəssisələrinə 2015-ci ilin mayın 1-dən 2018-ci ilin 4 iyul tarixinədək baş çəkmiş pasiyentlərin məlumatlarını oğurlayıblar.
Onlar xəstələrin adı, soyadı, doğum tarixi və ünvanlarını ələ keçiriblər. Bu hücumun ciddi şəkildə planlaşdırıldığı güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
