
Artırılmış reallıq sahəsində fəaliyyət göstərən Magic Leap adlı startap nəhayət ki, 2011-ci ildən bəri hazırladığı cihazı təqdim etdi.
Bu müddət ərzində startap 1.9 milyard dollar investisiya almış, lakin öz məhsulunun xarici görünüşünü sərgiləməmişdi. Beləliklə komplektə eynəklər, idarəedicilər və məlumatlar ilə qrafikanın emalı üçün nəzərdə tutulmuş sistemin daxil olduğu kiçik cihazdan ibarətdir. Həmin cihazı istifadəçi öz üzərinə taxa bilər. Şirkət bildirib ki, məhsul daima təkmilləşdirilir və onun final versiyası indikindən tamamilə fərqlənə bilər.
Şirkət həmçinin onu da bildirib ki, 2018-ci ilin əvvəlində o, tərtibatçılar üçün SDK təqdim edəcək. Beləliklə ona bu platforma ilə çalışmaq üçün lazımi sənədlər və alətlər daxil olacaq. Şirkətin saytında olan təsvirlərə əsasən Magic Leap eynəkləri vasitəsilə istifadəçi öz dostları ilə virtual mühitdə ünsiyyət qura və ətrafında lazımi məlumatların əks olunduğu pəncərələr yarada bilər. Cihazın texniki göstəriciləri barəsində isə məlumat verilmir.
Şərh yoxdur