10 saniyəlik video 6.6 milyon dollara satılıb

10 saniyəlik video 6.6 milyon dollara satılıb

Texnologiya
02.03.2021 PAYLAŞIM

    10 saniyəlik vdeonu almış şəxs ümumilikdə hər bir saniyə üçün 660.000$ vəsait ödəyib. Bununla belə sözügedən videonun qiymətinə eksklüzivlik təsir etməyib. Həmin videonu istənilən şəxs pulsuz şəkildə Youtube-da baxa bilər. Söhbət, BEEPLE ləqəbli rəqəmsal rəssamın yaratdığı videodan gedir. Bu barədə Reuters saytı xəbər verib. Videonun arxa planında ABŞ-ın keçmiş prezidenti Donald Trump-ın fiquru əks olunub və fiqurun üzərində müxtəlif sözlər yazılıb. Videoda onun önündən insanlar keçirlər. Məsələ burasındadır ki, bu 10 saniyəlik video blockchain tərəfindən autentifikasiya edilib. Bu isə videonun sahibinin kimliyini və videonun orijinal olduğunu təsdiqləyən rəqəmsal imzadır.


    Bu cür videolar yeni növ rəqəmsal aktivlərdir. Bunlara başqa cür əvəz edilməyən tokenlər (NFT) də deyirlər. Blockchain texnologiyası bu cür obyektləri autentifikasiya etmək özəlliyinə sahibdir. Bu halda autentifikasiyadan keçmiş obyekt mövcud olan yeganə obyekt rolunda çıxış edir. Pandemiya zamanı bu cür sənət əsərlərinin məşhurluğu kəskin artıb. İnvestorlar yalnız internetdə mövcud olan əşyaları əldə etmək üçün külli miqdarda vəsait xərcləməyə çalışırlar. Son 5 ay ərzində NFT üçün nəzərdə tutulmuş OpenSea adlı ticarət platformasının xidmətlərindən 100.000 alıcı istifadə edib. Satışların ümumi dəyəri isə 250 milyon dollar təşkil edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×