main-post-cover

    108 MP'lik arxa kameraya sahib Xiaomi CC9 Pro'nun təqdimat tarixi barəsində məlumat verildi

    Elm & Texnologiya
    17.10.2019
    Farid Pardashunas
        Artıq məlumdur ki, Xiaomi şirkəti CC9 Pro smartfon modeli üzərində çalışır. İndi isə sözügedən smartfonun təqdimat tarixi barəsində məlumat ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore-nin sözlərinə əsasən smartfonun təqdimatı 29 oktyabr tarixində baş tutacaq.
        Əgər bu məlumat öz təsdiqini tapsa yaxın bir neçə gün ərzində Xiaomi şirkəti smartfon təqdimatı üçün nəzərdə tutulmuş dəvətnamələri jusnalistlərə göndərəcək. Qeyd etmək lazımdır ki, CC9 Pro modeli Mi Mix Alpha smartfonu kimi 108 MP-lik arxa kamera moduluna sahib olacaq. Smartfonun həmçinin Snapdragon 730G prosessoru ilə təchiz olunacağı gözlənilir. Güman edilir ki, CC9 Pro smrtfonu Çindən başqa qlobal bazarda da satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər