108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

108 Mp-lik kamera əjdahası Mi Note 10 qlobalda rəsmi olaraq satışa çıxır

Texnologiya
12.12.2019 PAYLAŞIM

        Xiaomi dünyanın ilk 108 Mp-lik smartfonu olan Mi Note 10-u nəhayət satışa çıxarır. Qeyd edək ki, cihazın qlobal satışından söz gedir. Çin versiyası satışda bir müddətdir ki, mövcuddur. Samsung istehsalı olan 108 Mp-lik kamera sensoruna malik cihaz DxOMark testlərinə görə dünyanın ən yaxşı şəkil çəkən və yaxınlaşdıra bilən smartfonudur. 

Dünyanın ilk 108 Mp-lik kamerasına malik telefoni Xiaomi Mi Note 10 qlobal olaraq satışa çıxdı.


        Çin bazarına CC9 Pro adı ilə satışa çıxan cihaz qlobal bazara Mi Note 10 adı ilə çıxır. 6.7 düymlük qıvrımlı Amoled ekrana malik olan cihazda Snapdragon 730G çipseti var və UFS 3.0 sürətində yaddaş tutumuna malikdir. Telefonda ümumilikdə 5 kamera mövcuddur və 108 Mp-lik sensor ilə dünyada bir ilkdir. Həmçinin təkmilləşdirilmiş Süni Zəka ilə də çəkilən şəkillər əvvəlcədən işlənir və sonra istifadəçiyə göstərilir. 

Tam parametrlər:

Ekran: 6.7 düym 1080x2340 piksel AMOLED qıvrımlı ekran

Prosessor: Snapdragon 730G, GameTurbo 2.0 dəstəkli

RAM: 6GB LPDDR4X

Yaddaş: 128GB UFS 3.0

Arxa Kamera: 108MP OIS sensor, 5MP 5x telefoto sensor, 12MP dərinlik sensoru, 20MP ultra geniş bucaqlı sensor, 2MP makro sensor, 10x hibrid yaxınlaşdırma, 50x ümumi yaxınlaşdırma

Ön kamera: 32MP

Batareya: 5260mAh, 30W sürətli şarj

Qiyməti 430 dollar nəzərdə tutulub. Lakin ölkəyə görə dəyişə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla şirkəti yeni elektromobilin yaradılmasına hazırlaşır

Bir neçə müddət bundan öncə Tesla-nın CEO-su Elon Musk bildirmişdi ki, şirkət 2 yeni elektromobil ya..


Samsung yeni nəsil Exynos prosessorlarının yaradılması üçün ARM və AMD ilə birlə..

Samsung şirkəti təkcə smartfon istehsalı ilə məşğul olmur. O həmçinin öz bəzi smartfonlarında Qualco..


SpaceX-in Starlink peyk internetinin ilk test nəticələri ortaya çıxıb

İyun ayında SpaceX şirkəti Starlink peyk internetinin testi üçün sorğuların qəbuluna start vermişdi...


Şirkətin yeni layihəsi: Huawei Kirin prosessorlarını fərdi şəkildə istehsal etmə..

Ortaya çıxmış yeni məlumata əsasən Huawei şirkəti fərdi şəkildə prosessor istehsalına başlamağı plan..


Tesla-dan smart saat?: Şirkətin adı smart saat tərtibatçıları siyahısında aşkar ..

Bəzən Tesla brendi altında təkcə elektromobillər deyil həm də digər məhsullar da satışa çıxırlar. Be..


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..

×