main-post-cover

    109 illik qısa film Süni Zəka vasitəsilə 4K keyfiyyətə yüksəldildi

    Elm & Texnologiya
    28.02.2020
    Nijat Hamid
            Süni Zəka artıq dövrümüz və müasir texnologiyanın bir parçası halına gəlib. Demək olar ki, mümkün olan bütün sahələrə Süni Zəkanın inteqrasiyası baş verir. Bunlardan biri isə film sahəsi və filmlərdir. Belə ki, 1911-ci ildə İsveçrəli bir şirkət tərəfindən hazırlanmış hal-hazırda yaşı 109 olan köhnə bir film Denis Shiryaev adlı Youtuber tərəfindən 4K keyfiyyətə yüksəldildi.

    109 yaşı olan 1911-ci il istehsalı film Süni Zəka vasitəsilə 4K 60 FPS keyfiyyətinə yüksəldildi. 

            İsveçrəli şirkət olan Svenska Biografteatern tərəfindən 1911-ci ildə hazırlanan qısa film şirkətin işçiləri tərəfindən hazırlanır. ABŞ-da New York ştatına göndərilən işçilər şəhərdə gördükləri hər şeyi videoya çəkib birləşdirirər. Bir Youtuber isə Gigapixel AI adlı süni zəka proqramından istifadə edərək bu filmi rəngləyib 4K 60 FPS keyfiyyətinə yüksəltdi. Həmçinin filmin rənglənməsi üçün də DeOldify adında süni zəka proqramını istifadə etdi. Videolarını paylaşdığımız film həqiqətən mükəmməl görünür.

    Original video

    4K və 60 FPS keyfiyyətində videonun yeni halı

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər