
12 Android tətbiqində təhlükəli və zərərli virus tapıldı: Joker
Elm & Texnologiya
26.02.2020
Nijat
Google, son aylarda Play Store üzərindəki nəzarəti gücləndirib. Tətbiqlərin sayının çox olması səbəbilə bəzən Play Store tətbiq mağazasına zərərli tətbiqlər yüklənə bilir. Lakin Google, mümkün olduğu qədər nəzarət etməyə çalışır. Bu günlərdə isə yenə fərqli 12 Android tətbiqində zərərli proqram tapıldı. Check Point adlı kibertəhlükəsizlik şirkətinin Play Store-da etdiyi araşdırmada 2 zərərli proqrama malik tətbiqlər tapıldı və onlardan biri də Joker virusudur.
Check Point-ə görə Joker zərərli tətbiqi keçən ay da Play Store-a sızdırılmış və 24 tətbiqə inteqrasiya edilmişdi. İndi isə yenə 12 Android tətbiqində Joker aşkarlandı.

Kids coloring
Compass
qrcode
Fruits coloring book
Soccer coloring book
Fruit jump tower
Ball number shooter
Inongdan
Reyflow Phote
Mely Wpaper
Landscape Camera Plus
Vail SMS Plus
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
