
12 Sentyabrda təqdim olunacaq yeni iPhone modellərinin qiymətləri sızdırıldı
Elm & Texnologiya
03.09.2017
Emil
“Apple” şirkəti, artıq media nümayəndələrinə iPhone 8-in təqdimat dəvətnamələrini göndərib.
Tədbir 12 Sentyabr tarixində şirkətin yeni kampusundakı
Steve Jobs adına teatrda keçiriləcək. Təbii ki, bütün diqqətlər iPhone 8-in təqdimatına
yönələcək. Bundan əlavə olaraq həmin tədbir çərçivəsində iPhone 7S, iPhone 7S
Plus, 4K dəstəkli yeni nəsil Apple TV-nin və Apple Watch smart saatlarının təqdim
olunacağı da gözlənilir. İndi isə yeni iPhone modellərinin qiymətləri bəlli
oldu. Yeni modellərin qiymətləri Çinin Weibo adlı sosial şəbəkəsində
sızdırılıb. Maraqlısı ondadır ki, sızdırılmış məlumatlarda iPhone 8-in adı
iPhone X (iPhone 10) kimi qeyd olunub. Bu isə iPhone modelinin bu il 10 yaşının
tamam olmasına işarədir. Beləliklə yeni iPhone modellərinin Çindəki qiymətləri
belə olacaq:
iPhone 7S(32 GB) – 820$
iPhone 7S
(128 GB) – 940$
iPhone 7S
(256 GB) – 1060$
iPhone 7S Plus
(32 GB) – 970$
iPhone 7S
Plus (128 GB) – 1095$
iPhone 7S
Plus (256 GB) – 1210$
iPhone X
Edition (128 GB) – 1200$
iPhone X
Edition (256 GB) – 1320$

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
