
12K 60 FPS video çəkən Blackmagic Ursa Mini Pro təqdim edildi: Qiyməti cib yandırır
Elm & Texnologiya
18.07.2020
Nijat
Blackmagic rəqəmsal kameraları ilə sektorda adından söz etdirə bilən şirkətlərdən biridir. Avstraliya mərkəzli şirkət bu səfər istifadəçilərini həyəcanlandıran yeni bir kamera təqdim etdi. 12K 60 FPS videolar çəkə bilən Ursa Mini Pro 12K kamerası bir çox maraqlı xüsusiyyətlərə malikdir. Gəlin bu xüsusiyyətlərə birliktə nəzər salaq.
Ursa Mini Pro kamerası saniyədə 60 ədəd 80 MP-lik şəkil və 12K 60 FPS Raw formatında video çəkə bilir.

Ursa Mini Pro 12K kamerası həmçinin dəyişdirilə bilən lens dəstəyinə də malikdir. Bundan başqa USB Type-C dəstəyi ilə xarici yaddaş qurğularına fayl ötürə bilir, Android/iOS smartfonları ilə naqilsiz şəkildə idarə edilə bilir və 4 düyümlük mini ekrana malikdir. Bu əsl əjdaha deyə biləcəyimiz kameranın satış qiyməti isə 9995 dollardır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
