15 illik fəaliyyətdən sonra NASA Marsdakı Opportunity aparatının missiyasına son qoydu (VİDEO)

15 illik fəaliyyətdən sonra NASA Marsdakı Opportunity aparatının missiyasına son qoydu (VİDEO)

Texnologiya
14.02.2019 PAYLAŞIM

    Keçən ilin iyun aynda Marsda baş vermiş toz qasırğası nəticəsində NASA Opportunity adlı aparat ilə əlaqəni itirmişdi. Həmin vaxtdan aparatın işini yenidən bərpa etmək üçün mütəxəssislər həmin aparata 1000-dən çox əməliyyat əmri göndəriblər. Lakin bütün bu səylər öz bəhrəsini verməyib. Beləliklə 12 fevral taixində NASA-nın Reaktiv hərəkətlər laboratoriyasının (JPL) komandası edilən bütün səylərə son qoymalı oldu. Nəticədə NASA Opportunity aparatının 15 illik missiyasını yekunlaşdırdı. Atom batareyasına sahib Curiosity aparatından fərqli olaraq Opportunity günəş enerjisi hesabına çalışırdı. Marsda baş vermiş toz qasırğası nəticəsində aparatın günəş panelləri yetəri qədər enerji ala bilmədilər və aparat enerji sərfiyyatının qənaət edilməsi rejiminə keçid etdi.

    Keçən ilin sentyabr ayının ortasında Mars planetinin səthində baş vermiş toz qasırğası bitdi. Həmin vaxtda Opportunity aparatının yerləşdiyi yeri kosmosdan görmək olardı. Lakin aparat hələ də cavab vermirdi. NASA mütəxəssislərinin fikrincə bunun əsas səbəbi aparatın günəş panellərinin üzərində qalmış tozdur. Lakin noyabr ayında Marsda olan küləklər həmin tozu silib aparmalı idilər. Lakin bu ümidlər doğrulmadı. Opportunity missiyasının komandası daha bir ehtimalı da səsləndirib. Belə ki, aparatın manipulyatorunda olan və deaktiv edilməsi qeyri mümkün isitmə sistemi nəticəsində aparat gün batımından sonra yuxuya gedirdi. Beləliklə günün yenidən çıxmasına kimi zaman hesablanması aparatın daxilindəki xronometr sayəsində reallaşırdı. Lakin enerji ehtiyatlarını tükətmiş batareyalar səbəbilə həmin göstərici sıfırlana bilər. Çox güman ki, aparat sadəcə olaraq sistemlərin nə zaman deaktiv edilməsini bilmirdi.

Bənzər xəbər



    Əgər isitmə sistemi gecə çalışırdısa, deməli buna bütün enerji sərf olunurdu. Nəticədə isə batareyalar öz enerji ehtiyatlarını tükətmiş ola bilər. Marsda qışın yaxınlaşması ilə planetin səthindəki temperatur -105 dərəcəyə kimi enə bilir. İşlək olmayan isitmə sistemi nəticəsində isə Opportunity-nin komponentləri soyuq mühit sayəsində daha həssas olurlar və tez sıradan çıxırlar. Qeyd etmək lazımdır ki, Opportunity və Spirit aparatları 2004-cü ildə Mars planetinin səthinə eniş etmişdilər. İlk öncə hər iki missiyanın müddəti 90 gün planlaşdırılırdı. Lakin bu müddət gözlənildiyindən daha çox çəkdi.

    Spirit aparatı 6 il işlədi və 6 ildən sonra qumluqdan çıxa bilməyərək işini dayandırdı. Opportunity isə 15 il dözdü. Beləliklə bu göstərici ilə Opportunity Mars planetində ən uzunmüddət fəaliyyət göstərmiş aparat oldu. O həmçinin Mars planetinin səthində 45 km yol qətt edərək daha bir rekorda imza atdı. Lakin ən əsası ondan ibarətdir ki, aparat öz missiyasının əsas məqsədinə çata bildi. Belə ki, aparatın vasitəsilə müəyyən edildi ki, əvvəllər Mars planetinin səthində həqiqətən də su olub. Ümumilikdə Opportunity Yer kürəsinə 217.000 foto göndərib. Qeyd etmək lazımdır ki, Mars planetinin səthində iki aparat hələ də fəaliyyətini davam etdirir. Onlardan biri Curiosity digəri isə inSight-dır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×