15 yaşlı məktəbli USB portmanatı hack etdi

15 yaşlı məktəbli USB portmanatı hack etdi

Texnologiya
22.03.2018 PAYLAŞIM

    İngiltərədən olan Saleem Rashid adlı 15 yaşlı məktəbli bildirib ki, o, kriptovalyutalar üçün olan məşhur USB portmanatlarından biri olan Ledger-i hack edib. Rashid-in tapdığı sistem boluğu sayəsində o, cihazda olan elektron imzaları saxtalaşdıra bilib. Bu barədə Techcrunch saytı xəbər verib. Ledger iki işlək platanı istifadə edir.

    Onlardan biri texniki səviyyədə qorunur, lakin USB, düymələr və interfeyslə çalışa bilmir. İkinci plata isə əksinə bunları bacarır, lakin qorunmur. Beləliklə ikinci platanın proqram kodunda bəzi dəyişikliklər olunsa istifadəçilərin gizli açarlarını əldə etmək olar. Rashid cihazın hack prosesini video şəklində hazırlayıb və proqram kodunu GitHub servisində yerləşdirib. Rashid onu da qeyd edib ki, o, cihazın sistem boşluqları haqqında məlumatları istehsalçıya hələ 4 ay bundan öncə bildirib.


    Lakin istehsalçı bu məlumatlara reaksiya verməyib. Ledger cihazının yaradıcıları isə qeyd ediblər ki, onlar bu 4 ay ərzində Rashid ilə əlaqəni saxlayıblar və narahatlıq üçün heç bir əsas yoxdur. İlk öncə portmanatı hack etmək üçün sistem yenilənməsini təkmilləşdirmək lazımdır. Bu, cihazı eBay və ya digər elektron ticarət saytlarından almışlara şamil olunur. Əlavə olaraq cihaz yaradıcıları Rashid-in tapdığı sistem boşluqlarını aradan qaldıran sistem yenilənməsini artıq təqdim ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş süni zəka əsaslı tərcüməçi yaradıl..

Think 2021 adlı konfrans çərçivəsində IBM şirkəti süni zəka əsasında yaradılmış CodeNet adlı yeni al..


Starship kosmik gəmisi Texasdan Havay adalarına kimi ilk orbital uçuşunu reallaş..

SpaceX şirkətinin göndərdiyi sorğuya əsasən Starship kosmik gəmisinin prototipi Texas ştatındakı sta..


MediaTek şirkəti büdcəli smartfonlar üçün Dimensity 900 adlı performanslı proses..

MediaTek şirkətinin Dimensity 900 adlı yeni 6 nanometrlik prosessoru yüksək tezlikli təsvir yenilənm..


Apple şirkəti öz portativ oyun konsolunu satışa çıxarda bilər

Son zamanlarda gaming sahəsi daha da böyüyüb və sürətlə inkişaf etməyə davam edir. Bu cür sürətli bö..


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.

×