19 yaşlı bitcoin milyoner Erik Finman yeni kriptovalyuta yaradır

19 yaşlı bitcoin milyoner Erik Finman yeni kriptovalyuta yaradır

Texnologiya
25.01.2018 PAYLAŞIM

19 yaşlı bitcoin milyoner Erik Finman yeni kriptovalyuta yaratmaq üçün digər kriptovalyuta nəhənglərini bir araya yığır.

Onun fikrincə bitcoin azad rəqəmsal valyuta ideyasından bahalı aktiv ideyasına keçib. Bu barədə Business Insider saytı xəbər verib. Erik ilk dəfə öz bitcoinlərini 13 yaşında olarkən 12$ qiymətinə alıb. 15 yaşında o, məktəb təhsilini dayandıraraq sahibkar olmaq qərarına gəlib. Keçən il isə o öz valideynləri ilə bağlamış olduğu maraqlı mərcdə qalib gəlib. Həmin mərcin şərtlərinə əsasən əgər onun sərvəti 1 milyon dollara çatsaydı o, kollecə getməyəcəkdi.

Keçən il bitcoinin qiymətinin qalxması hesabına onun sərvəti artıq 4 milyon dollar təşkil etdi. Erik öz investisiyalarını müxtəlif kriptovalyutalar arasında paylaşdırdı və həmçinin konservativ təqaüd hesabı da əldə etdi. Onun indiki məqsədi isə bitcoinin problemlərindən azad olacaq yeni kriptovalyuta yaratmaqdır. Bunun üçün o, dünyanı gəzərək digər bitcoin milyonerləri ilə görüşlər keçirir və yeni valyuta üçün konsorsium yaratmaq üzrə onları bir araya yığır.


Onun fikrincə hal-hazırki klassik kriptovalyutalar yaxın zamanda yeni kriptovalyutalar ilə əvəz olunacaq. Belə ki, klassik kriptovalyutalar artıq öz nüfuzlarını itiriblər. İdeyanın məğzi məzənnənin qeyri stabil dıəyişikliklərindən azad olacağı, komissiyaların yüksək olmayacağı, tranzaksiyaların sürətlə keçiriləcəyi və mayning prosesinin daha ekoloji alternativ ilə əvəz olunacağı yeni kriptovalyuta yaratmaqdadır. Lakin Erik bu problemlərin necə həll olunacağı barəsində planlarını açıqlamır. Bütün bu problemlərin isə blockchain texnologiyasının məhdudlaşdırılmış sistemindən irəli gəldiyi düşünülür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×