1976-cı il istehsalı Apple 1 kompüteri rekord qiymətə hərraca çıxarılıb

1976-cı il istehsalı Apple 1 kompüteri rekord qiymətə hərraca çıxarılıb

Texnologiya
02.02.2021 PAYLAŞIM

    Bir qayda olaraq yeni rəqəmsal texnika satışa çıxandan sonra onun qiyməti enməyə başlayır. Smartfonlar və kompüterlər tez köhnəlirlər və onları digər yeni modellər əvəz edirlər. Lakin söhbət, nadir və ya eksklüziv cihazlardan gedəndə vəziyyət dəyişir. Belə ki, eBay hərracında 1976-cı ildə istehsal olunmuş və əfsanəvi Steve Jobs tərəfindən yığılmış tam işlək Apple 1 kompüteri ortaya çıxıb. Hərraca çıxarılmış bu cihazın qiyməti isə təəccübləndirir.


    1.5 milyon dollar qiymətinə hərraca çıxarılmış bu kompüterin sahibinin sözlərinə əsasən o, kompüterin saxta olmadığını təsdiqləyən sertifikata sahibdir. Başqa sözlə desək, hərraca çıxarılmış Apple 1 kompüteri vaxtı ikən Steve Jobs-un dünyanın ilk kompüter mağazalarından biri olmuş Byte Shop-a satmış olduğu 50 bu cür kompüterdən biridir. Məhsulun təsvirində qeyd edilib ki, o, tam işləkdir və Byte Shop KOA adlı taxta gövdədə təqdim olunur. Apple 1 kompüteri 1 MHz tezlikdə çalışan MOS 6502 adlı 8 bit-lik mikroprosessor və 4 KB RAM ilə təchiz olunub.

    Kompüterin RAM göstəricisini həmçinin 8 KB və ya 48 KB-a yüksəltmək mümkündür. 1976-cı ildə yalnız 200 ədəd Apple 1 kompüteri istehsal olunub. Kompüterin komplektində monitor qismində isə Sony TV-115 televizoru çıxış edir. 2010-cu ildə bu cür kompüter 210.000$-a, 2014-cü ildə isə 905.000$-a satılmışdı. Maraqlısı ondadır ki, bu kompüterin sahibi 2 il bundan öncə onu 1.75 milyon dollar qiymətində hərraca çıxartmışdı. Lakin həmin vaxtda Apple 1 kompüterinə bu qədər pul verən şəxs tapılmamışdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..


Facebook-un ilk smart eynəyi gələn il satışa çıxacaq

Facebook şirkəti insanların ünsiyyətləri üçün nəzərdə tutulmuş ən məşhur tətbiqlərə sahibdir. ..

×