main-post-cover

    2 gün yuxusuz qalan developerlər arasında qaliblər bəlli oldu

    Elm & Texnologiya
    14.05.2018
    Farid Pardashunas
    Azercell-in “Barama Hackathon 2018” yarışı başa çatdı
        Dünyada kifayət qədər nüfuzlu yarışma kimi qəbul olunan Hackathon layihəsinin Azərbaycan üzrə qalibləri bəlli olub. Beləliklə, «Azercell Telekom» MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uğurla reallaşdırdığı və PAŞA Bank-ın dəstək verdiyi daha bir təlim və yarış xarakterli layihənin qalibləri aşağıdakılardır: I yer - "Dev Adamlar", II yer - "Brogrammers", III yer - "Web's Dragons". Qaliblər Azercell, Barama Mərkəzi və PAŞA Bank tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.
        Proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5-ci dəfə baş tutur. Layihədə iştirak edən proqramçılar komanda şəklində müəyyən bir mövzu ilə bağlı məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırlayır. Developerlərə təqdim olunan bu dəfəki mövzu – Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılması olub. 14 komandanın mübarizə apardığı yarışma 36 saat davam edib.
        Layihə çərçivəsində tədbirin Media dəstəyi technote.az portalı və Barama Media , komandaların qidalanması isə Özsut restoranlar şəbəkəsi tərəfindən təmin edilib. Müsabiqə iştirakçıları Paşa Sığorta tərəfidnən yarış müddəti ərzində təcili tibbi yardım xidməti ilə də təmin edilmişdilər.
        Qeyd edək ki, Azərbaycanda yaradılmış ilk İnkubasiya mərkəzi olan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq mərkəzi zəngin təcrübə, peşəkar mentorlarla əlaqələr və nüfuzlu əməkdaşların dəstəyi ilə fərqlənir. Barama, əsasən, İT layihələri, Bulud Hesablamalar (Cloud Computing) və Biznes Həlləri, Oyunlar, IOT, Fintech, Kənd Təsərrüfatında İnnovativ Həllər, Virtual Reallıq, İnkişaf Etmiş Reallıq və Süni İntellekti dəstəkləyir və yaradır. Mərkəz indiyə qədər dünyada kifayət qədər nüfuza malik olan beynəlxalq yarışları və müxtəlif biznes tədbirləri Azərbaycanda təşkil edib, startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək göstərib.
     Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz
        Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
    Linki kopyala