2 illik fasilədən sonra Uber şirkəti pilotsuz avtomobillərin testi icazəsini aldı

2 illik fasilədən sonra Uber şirkəti pilotsuz avtomobillərin testi icazəsini aldı

Texnologiya
06.02.2020 PAYLAŞIM

    Kaliforniyanın nəqliyyat departamenti Uber Advanced Technologies Group şirkətinə Kaliforniya yollarında pilotsuz avtomobillərin istifadəsinə icazə verib. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən icazə şirkətə 2 illik fasilədən sonra verilib. Belə ki, 2 il bundan öncə Uber-in pilotsuz avtomobillərinin testi zamanı bir nəfər piyada həyatını itirmişdi. Bu hadisə 2018-ci ildə Arizona ştatında baş vermişdi.

    Sözügedən hadisədən sonra şirkət Arizonanın paytaxtı Finiksdə, Pitsburqda, San Fransiskoda və Torontoda pilotsuz avotomobillərin testlərini dayandırmışdı. Şirkət hətta pilotsuz avtomobillər layihəsinin satılmasını da nəzərdən keçirdirdi. Uber qeyd edib ki, o hələ pilotsuz avtomobillərin testinə qayıtmağa hazır deyil. Şirkət bununla nə zaman məşğul olacağını dəqiq bilmir. Yanvar ayında şirkət bildirmişdi ki, o, Vaşinqtonun xəritəsini hazırlayacaq və 2020-ci ilin sonuna kimi pilotsuz avtomobillərin testini aparacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Jeff Bezos-un Blue Origin şirkəti Orbital Reef adlı orbital kosmik stansiyasını ..

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti Orbital Reef adlı özəl orbital kosmik stansiyanın yarad..


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..

×