
Bir çoxlarınızın da tanıdığı və sosial mediada xüsusilə "real zamanlı marketinq" addımları ilə seçilən "Vizam.az" ötən gün 2 yaşını qeyd etdi. 2 ildir professional komandası ilə müştərilərinə viza xidməti təklif edən şirkət, hal hazırda böyümə yolunda uğurla addımlamaqdadır. Səyahətçilərin və xarici ölkəyə istər iş, turizm və təhsil məqsədilə üz tutan insanların işlərini 2 qat asanlaşdıran bu xidmət, viza məsələlərində gözəgörünməz əl rolunu oynayır desək yalan olmaz.
Horizon: Zero Dawn haqqında lk məlumatlar
İstər səyahət edən şəxslər, istər iş adamları istərsə də təhsil üçün xarici ölkələrə üz tutan tələbələr, viza məsələlərində müəyyən problemlərlə qarşılaşır. Viza almaq üçün tələb olunan sənədlərin çoxluğu, ortaya çıxan bəzi qəliz və anlaşılmayan məsələlər viza müraciəti etmək istəyən şəxsin müəyyən çətinliklər yaşamasına səbəb olur. Bu həm təcrübəsizlikdən həm də vaxt azlığından qaynaqlana bilər. Buradan ortaya çıxan problem viza müraciəti edilən zaman vaxt itkisinin olması və bəzi hallarda səyahət edən şəxsin təcrübəsizliyi ucbatından vizanın əldə olunmamasıdır. Bu problemi innovativ bir şəkildə həll edən "Vizam.az", iş, səyahət və təhsil vizası kimi müraciətləri qəbul edir.
Bazarda bir çox viza konsultasiya şirkətinin olduğunu nəzərə alsaq, "Vizam.az"ın digərlərindən fərqinin və innovativliyinin harada olmasını soruşa bilrəsiniz. Cavab isə sadədir. Bunun üçün "Vizam.az" saytına daxil olub, saytı nəzərdən keçirmək kifayətdir. Təklif olunan bütün xidmətlər rəqəmsal şəkildə istifadəçinin ixtiyarına verilir. Qətiyyən vaxt itirmədən tələb olunan məlumatları daxil etməklə, viza alınması proseduruna elə indi başlaya bilərsiniz.
Asan istifadəçi araüzü, onlayn ödəmə imkanları ilə viza əldə etmək üçün vaxt sərf etmək istəməyən insanların ideal seçimi olan bu startap, peşəkar komandası ilə də ön plana çıxır. Viza müraciəti etmək və daha ətraflı məlumat üçün "Vizam.az" saytında daxil ola, proseduru izləmək üçün isə aşağıdakı video icmal ilə tanış ola bilərsiniz.
Şərh yoxdur