2 illik təcrübə ilə vətəndaşlara viza xidməti təklif edən yerli startap - 'Vizam.az'

2 illik təcrübə ilə vətəndaşlara viza xidməti təklif edən yerli startap - 'Vizam.az'

08.06.2017 PAYLAŞIM

Bir çoxlarınızın da tanıdığı və sosial mediada xüsusilə "real zamanlı marketinq" addımları ilə seçilən "Vizam.az" ötən gün 2 yaşını qeyd etdi. 2 ildir professional komandası ilə müştərilərinə viza xidməti təklif edən şirkət, hal hazırda böyümə yolunda uğurla addımlamaqdadır. Səyahətçilərin və xarici ölkəyə istər iş, turizm və təhsil məqsədilə üz tutan insanların işlərini 2 qat asanlaşdıran bu xidmət, viza məsələlərində gözəgörünməz əl rolunu oynayır desək yalan olmaz.



İstər səyahət edən şəxslər, istər iş adamları istərsə də təhsil üçün xarici ölkələrə üz tutan tələbələr, viza məsələlərində müəyyən problemlərlə qarşılaşır. Viza almaq üçün tələb olunan sənədlərin çoxluğu, ortaya çıxan bəzi qəliz və anlaşılmayan məsələlər viza müraciəti etmək istəyən şəxsin müəyyən çətinliklər yaşamasına səbəb olur. Bu həm təcrübəsizlikdən həm də vaxt azlığından qaynaqlana bilər. Buradan ortaya çıxan problem viza müraciəti edilən zaman vaxt itkisinin olması və bəzi hallarda səyahət edən şəxsin təcrübəsizliyi ucbatından vizanın əldə olunmamasıdır. Bu problemi innovativ bir şəkildə həll edən "Vizam.az", iş, səyahət və təhsil vizası kimi müraciətləri qəbul edir. 


Bazarda bir çox viza konsultasiya şirkətinin olduğunu nəzərə alsaq, "Vizam.az"ın digərlərindən fərqinin və innovativliyinin harada olmasını soruşa bilrəsiniz. Cavab isə sadədir. Bunun üçün "Vizam.az" saytına daxil olub, saytı nəzərdən keçirmək kifayətdir. Təklif olunan bütün xidmətlər rəqəmsal şəkildə istifadəçinin ixtiyarına verilir. Qətiyyən vaxt itirmədən tələb olunan məlumatları daxil etməklə, viza alınması proseduruna elə indi başlaya bilərsiniz.


Asan istifadəçi araüzü, onlayn ödəmə imkanları ilə viza əldə etmək üçün vaxt sərf etmək istəməyən insanların ideal seçimi olan bu startap, peşəkar komandası ilə də ön plana çıxır. Viza müraciəti etmək və daha ətraflı məlumat üçün "Vizam.az" saytında daxil ola, proseduru izləmək üçün isə aşağıdakı video icmal ilə tanış ola bilərsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×