2013-cü ildə bitcoinin 1000$-a qalxmasına 2 botun səbəb olduğu aşkar edildi

2013-cü ildə bitcoinin 1000$-a qalxmasına 2 botun səbəb olduğu aşkar edildi

Texnologiya
17.01.2018 PAYLAŞIM

İsrail və ABŞ alimləri Journal of Monetary Economics jurnalında dərc etdikləri “Price Manipulation in the Bitcoin Ecosystem” adlı tədqiqatlarında bir neçə bazar iştirakçısının valyuta qiymətinə təsir nümunəsini gətiriblər.

Alimlər aşkar ediblər ki, 2013-cü ildə bitcoinin 150$-dan 1000$-a qalxmasına Markus Willy adlı iki bot səbəb olub. Bu barədə Techcrunch saytı xəbər verib.

“Məlumatların irimiqyaslı yoxlanışı ilə birlikdə dəqiq analizə əsaslanaraq tədqiqatlar onu göstərir ki, şübhəli ticarət aktivliyi çox güman ki, 2013-ci ilin sonunda bitcoinin qiymətinin qalxmasına gətirib çıxardı. Həmin vaxtda bitcoinin qiyməti 2 ay ərzində 150$-dan 1000$-a qalxmışdı” – deyə alimlər bildiriblər.

Tədqiqatçılar 2013-cü ilin sonunda Mt.Gox birjasındakı şübhəli ticarət aktivliyini analiz ediblər. Həmin vaxtda dələduzluq üzrə qurulmuş müqavilələr 180 milyon dollar dəyərində qiymətləndirilmiş 600.000 bitcoini əhatə etmişdir. İlk olaraq qiymət manipulyasiyaları 2 bot üzərindən baş verirdi. Söhbət, Markus və Willy adlı botlardan gedir. Onların real müqavilələr apardıqları görüntüsü var idi. Lakin botlar əslində ticarət etdikləri bitcoinlərə sahib deyildilər. Buna baxmayaraq onların aktivlikləri birjada ticarətin həcmini yüksəltmişdi. Bu isə öz növbəsində Mt.Gox-a sərf edirdi.


Belə ki, o, tranzaksiyalar üzrə komissiyalardan pul qazanırdı. Tədqiqatçılar qeyd ediblər ki, ümumi həcmdə olan şübhəli müqavilələr nəzərə alınmasa da, Markus və Willy treyderlərin birjalardakı aktivliklərinə təsir edirdilər. Botların ticarət etdikləri günlərdə bitcoinin qiyməti ortalama 4% qalxırdı. Şübhəli müqavilələrin olmadığı günlərdə isə qiymət bir qədər aşağı düşürdü. Bundan əlavə olaraq alimlər həmçinin Willy-nin Mt. Gox-un təsisçisi Mark Karpeles ilə əlaqəli ola biləcəyini də qeyd ediblər. Belə ki, manipulyasiyalar sayəsində Mark 2011-ci ildə oğurlanmış 650.000 bitcoindən olan itkiləri gizlədə bilərdi. Buna baxmayaraq birja 2014-cü ildə bağlandı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TSMC şirkəti ilk 3 nanometrlik prosessorların nə zaman istifadəyə veriləcəyini a..

Mobil prosessorlar sahəsinin ən böyük istehsalçılarından biri olan TSMC 3 nanometrlik texnoloji pros..


Elon Musk, Tesla-nın 5-ci səviyyəli avtopilot sisteminin nə zaman istifadəyə ver..

Bir neçə gün bundan öncə baş tutmuş Tesla Battery Day 2020 tədbiri çərçivəsində Elon Musk şirkətin p..


Tədqiqatçılar kiçik ölçüdə olan şüşə üzərinə 75.6 TB həcmdə məlumat yaza biliblə..

İnsan tərəfindən generasiya olunan rəqəmsal məlumatın sayı yüksək temp ilə artır. Lakin məlumatların..


AMD təsdiqlədi: Yeni RX 6000 seriyalı videokartlar Nvidia RTX 3000 kimi stok pro..

AMD rəsmisi olan Frank Azor-un verdiyi məlumata görə yeni RX 6000 videokartlarında stok problemi olm..


Microsoft şirkəti yeni Edge brauzerində edilən optimizasiyalar haqqında məlumat ..

Microsoft şirkəti Edge brauzerində etdiyi optimizasiyalar haqqında məlumat verib.


Elon Musk, Tesla Model S-in Plaid adlı təkmilləşdirilmiş versiyasını təqdim edib..

Elon Musk, Tesla Model S elektromobilinin yeni təkmilləşdirilmiş versiyası olan Model S Plaid-i təqd..

×