Logo
    main-post-cover

    2016-cı ildə ən çox gəlir əldə etmiş məşhur şirkət sahibləri

    Elm & Texnologiya
    19.05.2017
    Emil

    Bloomberg agentliyi 2016-cı ildə ən çox qazanc əldə etmiş böyük şirkət sahiblərinin reytinqini təqdim edib.

    Həmin siyahının birinci yerində Walmart-ın elektron kommersiya üzrə direktoru və Jet.com şirkətinin təsisçisi Marc Lore qərarlaşıb. Bloomberg-in məlumatına əsasən Marc Lore keçən il 236 milyon dollar qazanc əldə edib. Həmin vəsaitdən 235 milyonunu o, Jet.com-u Walmart-a sataraq əldə edib. İkinci yeri 150 milyon dollarlıq qazanc ilə Appleşirkətinin hal-hazırki CEO-su Tim Cook tutub. Qazancın böyük hissəsini (141 milyon dollar) Tim Cook, şirkətin səhmləri üzərindən qazanıb. Onun keçən ilki öz maaşı isə 3 milyon dollar təşkil edib. Üçüncü yerdə “Goldman Sachs” şirkətinin keçmiş vitse-prezidenti və hal-hazırda “Evercore Partners” şirkətinin direktorlar şurasının sədri John Weinberg qərarlaşıb. O, il ərzində 124 milyon dollar gəlir əldə edib. Dördüncü yeri “Alphabet” şirkətinin (“Google”ın ana şirkəti) baş direktoru Sundar Pichai tutub. Keçən il o, 106.5 milyon dollar qazanıb. Bunun 650.000$-ı onun maaşı, 105.4 milyon dollar isə səhmlər üzərindən əldə edilmiş vəsait təşkil edir. İlk beşliyi Elon Musk yekunlaşdırıb. İl ərzində o, 99.7 milyon dollar qazanc əldə edib. Bunun 46.000$-I onun maaşı, 99.6 milyon dolları isə premiyası təşkil edir. Həmçinin Top-10 siyahıya “IBMşirkətinin direktoru Virginia Rometty (96.7 milyon dollar), Caesars Acquisitionşirkətinin baş direktoru Mitch Garber (91.1 milyon dollar), Viacomşirkətinin keçmiş rəhbəri Philippe Dauman (87.8 milyon dollar), CBS Corporationşirkətinin rəhbəri Leslie Moonves (83.6 milyon dollar) və Genco Investorsşirkətinin baş direktoru Mario Gabelli (75.9 milyon dollar) daxil olublar.
    Paylaş
    Bənzər xəbərlər