
2017-ci ildə alınma potensialı yüksək olan şirkətlər
Elm & Texnologiya
03.07.2017
Emil
2017-ci ildə böyük şirkətlər tərəfindən digərlərinin alınması
və ya udulması barəsində hadisələrin artıq şahidi olduq. Buna misal olaraq “Amazon”un,
“Whole Foods”u alması və “Airbnb”nin, Tilt adlı crowdfunding platformasını
almasını gətirmək olar. Lakin 2017-ci ilin hələ yarısı bitmək üzrədir. Bu isə o
deməkdir ki, bizləri bu mövzuda yeni xəbərlər gözləyə bilər. Goldman Sachs
investisiya bankının mütəxəssisləri maraqlı araşdırma apararaq bu il alınma
potensialı yüksək olan şirkətlərin reytinq cədvəlini təqdim ediblər.
Etsy:

Son 2 ay ərzində “Etsy”nin rəhbərliyində ciddi dəyişikliklər baş verdi. Şirkətdə 6
il baş direktor vəzifəsində çalışmış Chad Dickerson, CEO vəzifəsindən azad
edildi. Onun yerində isə hal hazırda direktorlar şurasının yeni üzvü Josh Silverman,
şirkəti idarə edir. Bununla yanaşı Dickerson nəinki CEO vəzifəsindən, hətta
direktorlar şurasının sədr vəzifəsindən də azad edilib. Bu vəzifədə isə onu
vençur investoru Fred Wilson əvəz
edir. “Etsy-yə ilk 3 il ərzində texniki direktor və son 6 il ərzində baş direktor
kimi rəhbərlik etmək mənim üçün böyük şərəf idi. Direktorlar şurası qərar verdi
ki, şirkətə yeni lider lazımdır və mən onların qərarı ilə tamamilə razıyam” – deyə
Dickerson bildirmişdi. 2015-ci ilin Aprel ayında IPO-ya çıxdığı müddətdən onun
səhmlərinin qiyməti yarıya kimi enib. Bundan əlavə olaraq Dickerson-un şirkətdən
çıxmasından sonra əlavə 80 nəfər işçi də şirkətdən ayrıldı. “Etsy”nin səhmdarlarından
biri olan Black and White Capital LP adlı fond, şirkətin rəhbərliyinə xərclərin
azaldılmasını və onun satışı haqqında düşünməyi təklif etdi. Öz maliyyə göstəriciləri
ilə düzgün şəkildə davranmadığına görə “Etsy” özünün biznes modelinin təməlində
yerləşən imkanlardan istifadə şansını qaçırdıb. Bloomberg, “Etsy”dəki vəziyyəti
bu cür təsvir edib: “Etsy, dəlisov şəkildə öz kollektivinə işçilər qəbul edirdi
və 2014-cü ilin sonu ilə müqayisədə işçi qüvvəsini 55% artırırdı. Bununla belə
şirkətin Bruklində kiçik ofisi yerləşir. İncəsənət rəsmləri, istirahət otaqları,
maaşlar və əsasən böyük texnoloji şirkətlərdə rast gəlinən kompensasiyalar”. Beləliklə
Goldman Sachs mütəxəssislərinin nəyə görə “Etsy”ni öz siyahılarına əlavə etdikləri
təəccüblü deyil. Şirkət, bağlı dairənin daxilində qalmış vəziyyətdədir. Daha
çox gəlir əldə etmək üçün şirkət saytında alıcılar lazımdır. Bu isə o deməkdir
ki, satıcıların öz bizneslərini genişləndirmək imkanını vermək və daha çox məhsul
istehsal etmək lazımdır.
Twitter:

“Etsy”nin
ardınca siyahıda “Twitter” qərarlaşıb. Artıq neçə illərdir ki, Twitter”,
müxtəlif çətinliklərlə mübarizə aparır. Həmin çətinliklər arasında sözügedən
platforma istifadəçilərinin aktivliklərinin azalması, təhqirlər və s. vardır.
Jack Dorsey-nin şirkətin baş direktor vəzifəsinə qayıtması, vəziyyəti o qədər də
müsbət səmtə yönəltmədi. Bəlkə də ona görə ki, Dorsey, həmçinin digər şirkəti
olan “Square”i idarə edir. 2013-cü ilin sonunda şirkətin, IPO-ya çıxması ilə
müqayisədə onun səhmlərinin qiyməti 50% aşağı düşüb. Keçən ilin payız fəslində
şirkət rəhbərliyi, şirkətin satılması məsələsini ciddi şəkildə müzakirə edirdi.
Potensial alıcılar sırasında isə “Disney”, “Microsoft”, “Salesforce” və “Alphabet” kimi şirkətlər var idi. Lakin
nəticə etibarilə rəhbərlik, şirkətin satılması fikrindən daşındı. Belə ki, şirkətlərin
təqdim etdikləri qiymət, rəhbərliyi qane etmədi. Bu baxımdan ən yaxşı alıcı
namizəd kimi “Google” görünürdü. Lakin sonradan “Alphabet”, “Twitter”ə marağını itirdi. Son il ərzində
“Twitter” yaxşı sürətlə yeni istifadəçiləri cəlb edə bildi. Bundan əlavə olaraq
platformada canlı yayımlara yatırılan vəsait də müəyyən mənada özünü doğrultdu.
Lakin buna baxmayaraq “Twitter”in
potensial alıcılarını bu cür özəlliklərin cəlb edib-etməyəcəyini anlamaq çətindir.
Yaşayarıq görərik.
Yelp:

“Yelp”in mümkün satışı barəsində hələ 2015-ci ilin May
ayında danışırdılar. Lakin bir neçə aydan sonra şirkətin CEO-su Jerremy
Stoppelman, satışın ləğv olunmasını bildirdi. Faktiki olaraq “Yelp”in rəhbərliyi,
şirkəti hələ 2009-cu ildə satmağı planlaşdırırdı. Məhz həmin ildə o, “Google”a imtina vermişdi.
Çox güman ki, “Yelp” bu qərarından çox peşmandır. Belə ki, Stoppelman tez-tez,
axtarış nəticələrində “Google”ın, “Yelp”ə çox az link verdiyindən Twitter-də
şikayətlənir. Bir neçə il bundan öncə “Yelp” öz tətbiqinin mobil versiyasını
çox uğurlu şəkildə təqdim etmiş və yerli reklam verənlərlə əməkdaşlığa başlamışdır.
Lakin hal hazırda şirkətin vəziyyəti başqa cürdür. Belə ki, rəqəmsal reklam sahəsində
“Google” və “Facebook” kimi şirkətlər hegemonluq edir. Sonuncu hesabatlara əsasən
“Yelp”in gəliri kəskin şəkildə azalıb onun səhmlərinin qiyməti isə düşüb. Şirkətin
gələcəyi heç də parlaq görünmür.
eBay:

“eBay”, “Etsy” ilə birləşə bilər mi? Bu mövzuda konkret bir cavab vermək
qeyri-mümkündür. Nəticə etibarilə “Etsy”nin hal hazırki CEO-su Silverman, vaxtı
ikən məhz “eBay”da çalışıb. Lakin bununla yanaşı “eBay”ın özünün satılma
ehtimalı da var. 2015-ci ildə “PayPal”, “eBay”dan ayrıldı və bu cür qərar, “eBay”a
böyük zərbə vurdu. Belə ki, “PayPal”, “eBay”a 50% gəlir gətirirdi. Bütün
bunlara baxmayaraq son il ərzində “eBay”ın göstəriciləri bir qədər yaxşılaşıb.
Bunun ən böyük səbəbi isə platformadakı StubHub adlı online kassadır. Bundan əlavə
olaraq şirkət, reklam satışı vasitəsilə də gəlirlərini artırmağa çalışır. Son
bir neçə il ərzində “eBay”da alıcı sayı çox ləng şəkildə yüksəlirdi. Lakin son
hesabatda şirkət qeyd etdi ki, alıcıların sayı artıq 2 milyon qalxıb. Bəlkə də “eBay”da
işlər getdikcə düzəlməyə başlayır. Bununla belə hələdə öz cavabını tapmayan bir
sual qalır. “eBay”ın əsas missiyası nədir? Əvvəllər bu platforma, işlədilmiş məhsulların
satışını reallaşdıran bir mühit kimi çıxış edirdi. Lakin son vaxtlarda bu cür məhsullar
orda çox az satılır. Hərracların sayı da əvvəlki kimi deyil və onlar bu
platformanın böyük satış hissəsi kimi artıq sayılmır. Beləliklə “eBay”, “Amazon”
və digər online mağaza servislərdən nə ilə fərqlənir? Bir neçə müddət bundan
öncə şirkət öz Hindistandakı şöbəsini, “Flipkart” şirkətinə satmışdı. Bu isə “eBay”ın
satılması və ya hansısa böyük şirkət tərəfindən udulmasının işarəsidir.
WebMD:

WebMD, ABŞ-da fəaliyyət göstərən və müxtəlif xəstəliklər ilə
onların müalicə üsullarını özündə birləşdirən online sorğu servisidir. Bu ilin
Fevral ayında şirkət, alternativ strateji inkişaf üsullarını axtardığını
bildirmişdi. Bu isə o deməkdir ki, şirkət özünün satılmasında maraqlıdır. Şirkətin
bu il üçün olan gəlir üzrə proqnozları heçdə yaxşı deyil. Bir sıra məlumatlara əsasən
onu, “IAC/InterActiveCorp” şirkəti almağı düşünür. Lakin bu sadəcə şaiyə də ola
bilər. İndi isə güman edilir ki, “WebMD”, “Walgreens” adlı aptek şəbəkəsi və tibbi
sığorta ilə məşğul olan “UnitedHealth” şirkəti ilə danışıqlar aparır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
