Logo
    main-post-cover

    2017-ci ilin ən güvənli olmayan şifrələri

    Elm & Texnologiya
    19.12.2017
    Emil
    “SplashData” şirkəti 2017-ci ildə təhlükəsizlik baxımından aşağı səviyyədə olan və ən çox işlədilmiş şifrələrin siyahısını tərtib edib.
    Həmin siyahıda artıq bizə çoxdan tanış olan “123456” və “password” kimi şifrələr var. Lakin həmin siyahıya “starwars” tərzli yeni şifrələr də əlavə olunub. Sözügedən siyahı son 12 ay ərzində müxtəlif növ sızıntılar nəticəsində ortaya çıxmış 5 milyon şifrənin analizi nəticəsində tərtib olunub.
    “Əgər sizin Star Wars film seriyasından xoşunuz gəlirsə, bu, “starwars” şifrəsindən istifadə etmək üçün əsas deyil. Hackerlər istifadəçi səhifələrini ələ keçirtmək üçün pop mədəniyyət və idman terminlərindən istifadə edirlər. Onlar bilirlər ki, insanlar bu cür sadə şəkildə yadda qalan şifrələrdən istifadə edirlər” – deyə “SplashData” şirkətinin CEO-su bildirib.

    Yadınızda saxlayın ki, hackerlər insanların psixologiyasını yaxşı anlayırlar və ən çox istifadə olunan şifrədəki ən kiçik dəyişiklik belə onun tam təhlükəsiz olduğu anlamına gəlmir. Biz düşünürük ki, təqdim olunmuş bu siyahı daha qəliz şifrələrin yaradılmasında istifadəçilərə yardımçı olacaq. Beləliklə bu ilin heç də etibarlı olmayan 10 şifrənin siyahısını sizlərə təqdim edirik.
    1. 123456
    2  password
    3. 12345678
    4. qwerty
    5. 12345
    6. 123456789
    7. letmein
    8. 1234567
    9. football
    10. Iloveyou.
    Paylaş
    Bənzər xəbərlər